İnsanların cibinə girən şəfqətli əllər

img

17-12-2013 [14:51]


Dərman firmaları öz gətirdikləri dərmanları necə böyük həvəslə reklam edirlər. Bəzi həkimlərimiz də həvəsə düşərək əhaliyyə bu dərmanları hansı vasitə olur-olsun sıramaqla, bir gəlir mənbəyi kimi öz minumum əmək haqqı qədər olan maaşlarını kompensasiya etməyə çalışırlar. Xəstəxanalara yaxın yerdə yerləşən apteklərdə çalışanlar mənim bu fikrimdə yanılmadığımı və hər həftə neçə -neçə həkimlərin buradan yazdığı resept müqabilində aldığı faizləri söyləyə bilər. Poliklinikada müşahidə etdiyim hadisələr şəfa ocaqlarında dolanışıqları xatrinə insanların cibinə girən şəfqətli əllərdən yazmaga məcbur etdi .
Həyatında mühüm olan məsələ odur ki, həqiqətləri olduğu kimi dərk edək.
İnsan iman olmadan bu deyilənlərə çata bilməz. Çünki insanın üsyankar nəfsi bu yolda olan ən böyük maneə və səddir.
Poliklinikaya bogaz agrısı ilə müraciət etdiyimiz həkimin otağının ağzında növbə olmadığını görüb qapını açdım.İçəridə həkimin iki qızla söhbət etdiyini gördüb, qəbula gəldiyimizi söylədim. Həkim :-"Bunları yola salım sonra” deyərək qızlarla söhbətini davam etməyə başladı. 15-20dəqiqədən sonra gülə-gülə otağdan çıxan qızlar başqa bir həkimin otağına girdiklərini gördüm. Sonradan bildim ki, qızlar hansısa dərman firmasından gəliblərmiş.
Bizi qəbul edən həkim, özü dediyi kimi oğlumun bogazını "dravit” etdikdən sonra yazdıgı bir "möhtəşəm”resepti verərək firma dərmanları yazdım ki, tez sağalsın. Tez al, gətir üstünə yazım necə istifadə edəcəyinizi deyərək; yaxınlıqdakı apteki göstərdi ki , orda var hamısı.
Bir az aralıda yerləşən aptekə girib resepti satıcıya verdim .Satıcı yazılmış dərmanları stolun üstünə toplayaraq qiymətlərini hesabladı. 95 manat etdiyini söylədi. Üzərimdə pulun az oldugunu deyərək; hərəsindən 2 ədədini verməsini xahiş etdim.18manat 50 qəpik deyə satıcı dərman yığdığı paketi mənə verdi. Dərmanlar olan paketi doktora verdim və onun verəcəyi məsləhətləri dinləmək istədim ki, necə qəbul edilməsini bilim. Paketdə hərəsindən 2 ədəd oldugunu görcək: "Hamısını birdəfəlik alardında”, 10 gün ardıcıl vurulmasını vurgulayaraq firma dərmanları olan qutuların üzərində yazılmış hissəsini kəsərək götürdü və qalan qutuları da gətirib ona göstərməyi tapşırdı. Həkimin bu hərəkətləri aptekdə çalışan bir tanışımın sözlərini xatırlatdı mənə:-"Onlar həm apteklərdən, həmdə firmalardan öz faizlərini alırlar”.
Axşam həyətdə rastlaşdığım doktor qonşuma resepti göstərəndə əsəblərim dahada korlandı. Bu dərmanların başqa əvəzedici dərmanlarla qiyməti, heç 12 manatda etmirdi.
" Firmalar aylıq limit qoyur ki, tutaq ki, ayda 100 dənə 200 qramlıq antibiotik yazmalısan . Həmin məbləği ya qabaqcadan verirlər ya da yazıb qurtaranda sonra. O da həmin dərmanları yazır ödəyir. Aybaay satışı qaldırmalıdır. Bunu onlardan yuxarıdan tələb eləyirlər. Satış qalxdıqca onların maaşı qalxır. Onlar həkimə deyirlər ki, sənə filan qədər pul verəcəyik. O da çalışır ki, ayın sonunadək lazım oldu-olmadı dərmanın qramını artıq yazıb satsın. Tutaq ki, xəstəyə 3-4 qram lazımdırsa 10 qram yazır ki, tez ödəsin qurtarsın”- deyə qonşu həkim fikrini tamamladı.
Sübhan Arifoğlu "Zaman və Biz”qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA