Hüquq-mühafizə işçilərinə xüsusi güzəştlər verildi

img

17-12-2013 [14:11]


Milli Məclisin bugünkü iclasında "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun qəbul edilib.

Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına icbari sığorta ilə bağlı xüsusi güzəştlər verilib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.

Bundan başqa, dəyişikliklərdən sonra artıq qeyd olunan şəxslərin sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərin notariusda təsdiq olunması tələb edilməyəcək.

modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA