Mikayıl Cabbarov nazirliyin 15 rəhbər işçisini qovdu, 21-ni tənbeh etdi, 2-ni isə prokurorluğa verdi

img

17-12-2013 [13:06]



Bu il Təhsil Nazirliyi tərəfindən təhsil sistemində dərin kök salmış neqativ hallarla mübarizə gücləndirilib. Təhsil Nazirliyindən  verilən xəbərə görə, nazirliyin mərkəzi aparatında aparılmış struktur dəyişiklikləri nəticəsində Daxili nəzarət şöbəsi yaradılıb və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, son 6 ayda ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Nazirlikdən bildirilib ki, məktəblərdə baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi barışmaz olacaq, təhsil sistemində mövcud olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcək(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA