Milli Məclis sədrinin və deputatların maaşı artırıldı

img

17-12-2013 [13:01]


Milli Məclisin bu günki plenar iclasında "Milli Məclisi deputatının statusu haqqında” qanun layihəsi müzakirə edilir. 

Mia.az xəbər verir ki, layihə haqqında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

Komitə sədri qeyd edib ki, qanunda "1950” manat sözləri "2250 manat” sözləri ilə əvəz edilib: "Amma qeyd edim ki, bu məbləğdən vergilər də çıxılır. 14 faiz gəlir vergisi, 3 faiz DSMF-yə, 2 faiz isə Həmkarlar İttifaqına çıxılır. Beləliklə də, yerdə qalan rəqəm 1822 manat edir".

Qanun layihəsi müzakirə edildikdən sonra səsə qoyularaq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA