AMEA-da bu şöblər ləğv olundu, 12 yeni şöbə yaradıldı - SİYAHI
18-02-2021 [11:20]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun strukturunda dəyişikliklər edilir.
Məlumata görə, bununla bağlı məsələ institutun elmi şurasının iclasında müzakirə edilib və təsdiqlənib. Qərara əsasən, institutun 8 şöbəsi ləğv olunur.
Qeyd olunub ki, hazırda institutda 28 struktur vahid var və onlardan 19-u elmi tədqiqat şöbələri, 9-u isə texniki şöbələrdir. İnstitutun 4 otağında hər birində iki şöbə olmaqla 8 şöbənin yerləşməsinin elmin inkişafına maneçilik törətdiyi kimi qiymətləndirilib.
Ləğv edilən şöbələr aşağıdakılardır:
1) Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi
2) Azərbaycan sənətkarlıq tarixi şöbəsi
3) Azərbaycan mədəniyyəti tarixi şöbəsi
4) Qafqaz tarixi şöbəsi
5) Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsi
6) Azərbaycanın tarixi demoqrafiyası şöbəsi
7) Azərbaycan diasporu şöbəsi
8) Ümumi tarix şöbəsi
Eyni zamanda mövcud Mənbəşünaslıq və tarixşünaslıq şöbəsi “Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq” şöbəsi kimi, Qarabağ tarixi şöbəsi isə “Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsi kimi yenidən təşkil olunacaq. Bundan əlavə, institutda "Siyasi partiyalar və ictimai təşkilatların tarixi" şöbəsi yaradılır.
Belə ki, təklif olunan dəyişikliklərdən sonra institutun elmi-tədqiqat şöbələrinin yeni strukturu belə olacaq:
1)Azərbaycanın qədim tarixi şöbəsi
2) Orta əsrlər tarixi şöbəsi
3)“Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsi
4) Yeni tarix şöbəsi
5) Xalq Cümhuriyyəti tarixi şöbəsi
6) Sovet dövrü tarixi şöbəsi
7) Azərbaycan Respublikasının tarixi şöbəsi
8) Əliyevşünaslıq şöbəsi
9) Azərbaycanın tarixi coğrafiyası şöbəsi
10) “Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq” şöbəsi
11) Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi
12) Beynəlxalq münasibətlər tarixi şöbəsi
Beləliklə, struktur dəyişikliklərinə uyğun olaraq, şöbələrin sayı 19-dan 12-yə endirilir. Bundan sonra şöbələrin daxilində bölmələr də ləğv olunur. Bu dəyişikliklər nəticəsində şöbələrin otaq və texniki təminatında müəyyən dərəcədə yaxşılaşma olacağı gözlənilir/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi