BMT Azərbaycanda münaqişədən zərər çəkən insanlara humanitar yardım göndərib
18-02-2021 [10:03]
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Dağlıq Qarabağ bölgəsində son münaqişədən zərər çəkmiş insanlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən ianə edilən zəruri yardım əşyalarını paylamağa başlayıb.
BMT QAK-ın Azərbaycandakı ofisindən Mia.az-a verilən xəbərə görə, bu günədək BMT QAK münaqişədən zərər çəkmiş icmaların, təqribən 2400 ailənin və ya 10 mindən çox insanın istifadəsi üçün Azərbaycana 30 min ədəd ədyal, 10 min kvadrat metr plastik çadır, 4 min ədəd mətbəx dəsti, 443 ədəd şəxsi gigiyena dəsti (sanitariya-gigiyena əşyaları), 12 min ədəd yastıq və 2554 ədəd döşək göndərib və ya yerli bazardan satın alıb.
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti mandatına və missiyasına uyğun olaraq zərər çəkmiş əhaliyə fövqəladə humanitar yardımların çatdırılmasında fəal iştirak edib. Biz ölkənin bir neçə şəhər və rayonunda münaqişədən zərər çəkmiş insanlara zəruri yardım əşyalarının paylanması üçün BMT QAK ilə son dövrdə genişlənən tərəfdaşlığımızı yüksək qiymətləndiririk”, – deyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib.
Yardım əşyalarının paylanmasına cavabdeh olan Azərbaycan Qızıl Aypara Cəmiyyətindən əlavə, Ağdam və Ağcabədi rayonlarının yerli icra hakimiyyətləri də bəzi zəruri yardım əşyalarını, o cümlədən, 3108 ədyal, 8 min kvadratmetr plastik çadır, 443 ədəd mətbəx dəsti, 443 ədəd şəxsi gigiyena dəsti (sanitariya-gigiyena əşyalarını), 1554 ədəd döşək və 3108 ədəd yastıqdan ibarət humanitar yardımı birbaşa BMT QAK-dan alıb və sərt qış aylarında yardıma ən çox ehtiyacı olanlara paylamağa başlayıb.
Münaqişədən zərər çəkmiş Tərtər rayonunda 400 ailəyə mətbəx dəsti, yorğan, döşək və yastıqlar paylanıb. Yardım əşyaları Tərtər şəhərinin kənarında yerləşən Şıxarx məktəb binasında müvəqqəti məskunlaşan ailələrə də çatdırılıb.
“BMT-nin Qaçqınlar üzrə Agentliyi olaraq biz 1990-cı illərdən bəri bölgədəki didərgin düşmüş insanlara dəstək verməklə məşğuluq. Bizə həvalə olunmuş vəzifələrimizə uyğun olaraq, münaqişə nəticəsində didərgin düşmüş insanlara, o cümlədən geri qayıdan məcburi köçkünlərə milli hakimiyyət orqanları və bütün əlaqədar qurumlarla sıx koordinasiya şəraitində yardım etməyə hazırıq. Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmış 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq, didərgin düşənlərin geri qaytarılmasında BMT QAK-ın oynaya biləcəyi rolu bundan sonra da müzakirə etmək üçün səlahiyyətli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq”, – deyə BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Guido Ambroso bildirib.
BMT QAK Azərbaycanda ən həssas durumda olan didərgin insanların çətinliklərini azaltmaq üçün daha çox zəruri ehtiyac duyulan əşyaların satın alınmasını həyata keçirir.
Hazırda BMT QAK-ın daha bir ianəsi Azərbaycana yetişməkdədir. Buraya təxminən 300 odadavamlı ailə çadırı, 9 min möhkəmləndirilmiş plastik çadır, təxminən 5 min mətbəx/xörəkbişirmə dəsti, 24600 ədəd ədyal və 11 min günəş lampası daxildir ki, bunların da dəyəri nəqliyyat xərcləri çıxılmaqla təxminən 644 min ABŞ dollarıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi