Deputat: "Sarqsyan erməni vandalizmini, terror aktları törətdiklərini açıq şəkildə təsdiqləyib"
17-02-2021 [18:23]
"44 günlük II Qarabağ müharibəsində məğlubiyyətə uğrayan Ermənistanda siyasi qarşıdurma, xaos artır. “Böyük Ermənistan” xəstəliyinə tutulmuş erməni daşnakları arasında gərginlik dərinləşir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, terrorçuluğu dövlət siyasətinə çevirmiş Ermənistanın sabiq prezidenti Serj Sarqsyan ölkədəki xaotik durumdan istifadə edərək yenidən siyasi meydana qayıtmaqla sərsəm fikirləri, qalmaqallı müsahibəsi ilə ermənilər arasında çaşqınlıq yaratmağa çalışır:
"“Armnews” telekanalına müsahibə verən Serj Sarqsyan açıq-aşkar erməni vandalizmini, törətdikləri terror aktlarını təsdiqləyib. O, 44 günlük müharibədə Ermənistanın “İsgəndər” Operativ Taktiki Raket Kompleksindən istifadə etdiyini söyləyib. Hətta o, Ermənistan hakimiyyətinin ölkəsinin müharibə vaxtı “İskəndər” raketlərindən istifadə etmədiyi barədə fikirlərinin yalan olduğunu etiraf edib, raketlərin Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra şəhərə atıldığını söyləyib: “Məndə dəqiq məlumat var ki, müharibənin son mərhələsində konkret Şuşa istiqamətində “İskəndər”dən istifadə olunub”. Sarqsyan müharibənin davam etdiyi müddət ərzində “İskəndər” OTRK-dan Azərbaycanın ərazilərinə zərbələr endirilməməsini cavab zərbələrinin ola biləcəyi ilə izah edib: “Zərbələr endirilsəydi, yəqin ki, qarşı tərəfdən cavab atəşləri olacaqdı. Güman ki, bunun qorxusundan zərbələr endirilməyib. Lakin “İskəndər”dən artıq müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi”.
"Erməni vandalizminin bütün keyfiyyətlərini özündə cəmləşdirən sabiq prezident utanmadan Azərbaycanın ərazilərinə digər silahlardan zərbələr endirilmədiyi barədə fikirlərlə də razılaşmadığını deyib və bununla da, Azərbaycanın cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə raket və artilleriya zərbələrinin məqsədli şəkildə endirildiyini, mülki əhalinin hədəfə alındığını etiraf edib: “Xatırlayırsınız, bir nəfər lovğalanaraq, Kirovabadda (Gəncə) aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox... Bu, böyük axmaqlıq idi. Daha sonra Xankəndi və Xocavənd atəşə tutuldu. Mən demirəm ki, buna qədər Stepanakert (Xankəndi) atəşə tutulmurdu. Lakin atəş iki hədəfə açılırdı: Ordu qərargahına və elektrik stansiyalarına”, - N.Həmzəyev əlavə edib.
Deputat qeyd edib ki, “İskəndər” OTRK-dan istifadənin zəruriliyini bir daha vurğulayarkən də Serj Sarqsyan çirkin niyyətini, iç üzünü ortaya qoyub: "Biz “İskəndər”ləri niyə əldə etmişdik, niyə gətirmişdik? Lazım olan anda istifadə etməmək üçün? Biz müttəfiqimizin bu silahı verdiyi yeganə ölkəyik. Və onu tətbiq etməmək?.. Mən anlamıram”. Əslində təəccüblü deyil. Öz vahid coğrafiyası, dədə-baba torpağı olmayan, ona dəstək olan, qol-qanad açan qonşunun yurduna xaincəsinə göz qoyan, dinc sakinlərinə hücum edən, terror aktı törədən millətdən bundan artıq nə gözləyəsən".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi