Dövlət Vergi Xidməti Tədris Mərkəzi peşəkar mühasiblərlə əməkdaşlıq edəcək
17-02-2021 [16:34]
Bu gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi və Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə Mia.az-a DVX-dən məlumat verilib.
Memorandumda məqsəd iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə elmi tədqiqatların aparılması, birgə tədbirlərin, məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaqdan ötrü tərəflərin hər birinin peşəkar imkanlarını genişləndirmələri, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirməkdən ibarətdir.
Tərəflər əməkdaşlıq çərçivəsində mühasiblərin, vergi və digər müvafiq mütəxəssislərin maliyyə hesabatlarının beynəlxalq standartları, iqtisadi və hüquqi biliklərinin artırılması, maliyyə, mühasibatlıq və vergi qanunvericiliyi sahəsində çalışan şəxslərin maarifləndirilməsi, onlara yeni biliklərin, qanunvericilikdə edilən dəyişikliklərin nəzəri-praktik şəkildə izahı, bu sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi, tədris və təlim proseslərinə, layihələrin həyata keçirilməsinə mütəxəssislərin cəlb edilməsi və işin daha da səmərəli təşkili üzrə müvafiq tədbirlər həyata keçirəcəklər.
“Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 4 may 2018-ci il tarixli qanunun qüvvəyə minməsi və bu qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar mühasib sertifikatının əldə etməsinin və peşəkar təşkilatlara üzv olmasının zəruriliyi maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkir və bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsini labüd edir. Bu baxımdan, Tədris Mərkəzi və 3 peşəkar mühasib təşkilatının birgə əməkdaşlığı bu sahədə müvafiq dövlət qurumları ilə əlaqələrin genişləndirilməsinə, vergi, mühasibat işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsinə, peşəkar mühasiblərin hazırlığı ilə bağlı nəzərdə tutulan məsələlərin icra edilməsinə, eləcə də digər aidiyyəti orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrin aparılmasına öz töhfəsini verəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi