VƏTƏN SEVDALISI ELTUN MİRZƏYEV...
17-02-2021 [14:54]
Deyirlər bütün müharibələr zorla başlayır, amma ağılla qurtarır, eynən Azərbaycanın başlamağa məcbur qaldığı İkinci Qarabağ müharibəsi kimi...
Müharibə deyəndə burnuma ölüm və qan qoxusu gəlir, üzünü kədər bürümüş analar, bacılar, atalar gəlir. Əlimdə imkan olsaydı bütün yer üzünə sülh və əmin-amanlıq gətirərdim, zülmü, istibdadı beşiyindəcə boğardım, təki uşaqlar həmişə gülsün, ata-analara şəhid valideyni deyilməsin, bacılar qardaş deyib saç yolmasın.., əlbəttə ki, olsaydı...
Mirzəyev Eltun Vüqar oğlu, 2 yanvar 1997-ci ildə Minbaşı kəndində dünyaya gəlib. 2014-cü ildə Qarağac kənd tam orta məktəbini bitirib. 2015-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılaraq vətənə ilk boğcunu verməyə yollanıb və Bakı Piyada Qoşunlarına aid “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətini başa vurub kəndlərinə dönən Eltun elə kənd mağazasında işləməyə başlasa da düşmənlərin cəbhənin Tovuz istiqamətində dinc əhaliyə qarşı törətdyi cinayətlər onu dinc buraxmayıb. Hərbi Komissarlığa gedərək könüllü ərizə yazaraq döyüşə getmək istədiyini bildirir. İkinci Qarabağ müharibəsi başlananda ərizəsinə görə səfərbərliyə alınır və 29 sentyabr 2020-ci ildə döyüşə yollanır...
Eltun Ağcabədidə qısa təlimlərdən sonara ağır döyüşlər gedən Cəbrayıl və Qubadlı istiqamətində döyüşlərə qatılmışdır. Neçə çətin döyüşlərdən keçmiş, müharibənin boz sifətini görmüşdür. Odun, alovun içində özünə dostlar da qazanmış, vaxtından qabaq qırılan ömür yollarına şahidlik də etmişdir. Amma bir an belə qələbəyə olan inamını itirməmiş, torpaqlarımız uğrunda gözünü belə qırpmadan döyüş meydanına atılmışdır. O, Qubadlı uğrunda gedən ağır döyüşlərin birində ayağından yaralansa da geri çəkilməmiş və döyüşləri davam etdirmişdir. Elə həmin gün-30 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlmiş və Oktyabr ayının 12-də Qarağac kəndində dəfn olunmuşdur... Ölümündən sonra Eltun Vüqar oğlu Mirzəyev “Vətən uğrunda, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
...Döyüşlərə şir kimi,
Pələng kimi atılır.
Zəhmindən yer titrəyir,
Göylər öyür adını.
Şimşək tək çaxıb keçir,
Təzim edir dağ-dərə.
Bir yol çəkir zəfərə
Azərbaycan əsgəri...
Anası Gülşən xanımla üzbəüz əyləşmişəm, əlbəttə kövrəlir, göz yaşları yanaqlarına axır:
-“Subay idi, nə qədər arzuları vardı, amma heç biri Vətən sevgisinə üstün gələ bilmədi..”-deyir. “Oktyabrın 28-də oğlumla son dəfə telefonla danışdıq, o dedi ki, döyüşə gedəcəyik, sizinlə əlaqə saxlaya bilməsəm narahat olmayın...”
Eltunun bibisi oğlu Səfiyev Abbas Rəşid oğlu isə qazidir, cəbhəyə birgə getmişdilər. O, Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə mərmi partlamaşı nəticəsində müxtəlif dərəcəli yanıq və qəlpə yaraları alaraq Füzuli Mərkəzi Xəstəxanasına gətirilmişdir. Sonrakı müalicələri Zərdab MRX-da davam etdirilən qazinin vəziyyəti indi qənaətbəxşdir.
Uzun bir döyüş yolu keçən Eltun Mirzəyevin məzarı indi bu kəndin ziyarətgahına çevrilmişdir. Bir məzarlıq da böyüdü, denişləndi bu Vətən, and yerimiz, inam yerimiz oldu şəhid ünvanları... Gələcək nəsillər onların adını unutmayacaq, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən öğulları ilə fəxr edəcəkdir...
Şahnaz Şahin,
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi