Azərbaycana "İskəndər" raketi atılıb... - Sarksyan "Biz bu raketləri niyə əldə etmişik?" deyir
17-02-2021 [11:40]
Ermənistan ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edib.
Bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Armnyuz”a müsahibəsində etiraf edib:
“Ermənistan tərəfdən “İskəndər”in tətbiq edilməməsi ilə bağlı verilmiş açıqlamalarla razı deyiləm”.
Onun sözlərinə görə, bu raket döyüşlərin son günlərində tətbiq edilib: “Konkret olaraq Şuşaya atılıb”.
Sarksyan bildirib ki, "İskəndər" raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə ediblər. Müxbirin “düşmənin ərazisinə niyə bu raketi atılmadı” sualına cavabında keçmiş prezidenti deyib: “Cavab zərbədən ehtiyat edildiyi üçün atılmayıb. “İskəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi".
O, Azərbaycan ərazisinə Ermənistan tərəfindən başqa silahlar tətbiq edilmədiyi ilə bağlı deyilənlər razılaşmadığını vurğulayıb: “Yadınızdadırmı, bir nəfər Gəncədə hava limanının yerlə bir edilməsi barədə əmr vermişdi”.
Sarksyan fikirini davam etdirərək Gəncədə hərbi obyektə deyil, yaşayış məhəlləsinə atəş açıldığını yada salıb. O, bunu “böyük axmaqlıq” adlandıraraq bildirib ki, bundan sonra Xankəndi və Xocavənd atəşə tutulub.
Keçmiş prezident bildirib ki, Azərbaycanın neft-qaz kəmərlərini “İskəndər”lə vurmaq lazım idi: “İskəndər”i niyə əldə etmişdik? Lazım olan vaxt tətbiq etməmək üçün? Biz yeganə tərəfik ki, müttəfiqimiz bizə belə silah verib”.
Separatçıların “baş qərargahının keçmiş rəisi” Movses Akopyanın noyabrın ortalarında istefa verməsini və həmin ayın 19-da keçirdiyi mətbuat konfransında bildiriklərinin Ermənistanda informasiya sahəsində “partlayış” yaratdığını xatırladan jurnalist bildirib. Akopyan bildirmişdi ki, Qarabağda “İskəndər” dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz.
Serj Sarksyan müsahibəsində Gəncədə mülki şəxslərin yaşadığı məhəllənin hədəf alındığını etiraf edib.
Movses Akopyanın "İskəndər" raketinin Azərbaycanın hansı bölgəsinə atıdığını gizlətməsi də Azərbaycanın dinc sakinləri yaşayan ərazilərinə Ermənistanın qadağan edilmiş silahlardan istifadə etdiyini təsdiqləyir. Qeyd edək ki, 2020-ci ilin oktyabrnda Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə bombalanıb. İlk hücum oktyabrın 4-də baş verib, bir mülki şəxs şəhid olmuş, 30-dan çox mülki şəxs isə yaralanmışdı. Bu, müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə oktyabrın 5-də baş vermişdi. Hücum nəticəsində 3 mülki şəxs yaralanmışdı. Üçüncü, raket atəşi oktyabrın 8-də edilmişdi. Dördüncü raket hücumu oktyabrın 11-də baş vermiş və nəticədə 10 mülki şəxs şəhid olmuş, 40-dan çox dinc sakin yaralanmışdı. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdi. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə oktyabr 17-də edilmişdi. Hücum nəticəsində 16 dinc sakin ölmüş, 55 mülki vətəndaşı yaralanmışdı. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, başqa mülki obyektlərə və avtomobillərə ziyan dəymişdi. Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanılmışdı.
Beləliklə, Sarksyan bu açıqlaması ilə 44 günlük döyüşlərdə Ermənistanın dinc sakinlərə qarşı amansız olduğunu etiraf edib. O, Azərbaycana daha çox sayda "İskəndər" atılmamasına görə Ermənistan hakimiyyətini tənqid etməklə, əslində, özünü də ifşa edərək terrorçu xislətini ortaya qoyub/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi