Dağıstanda iğtişaşda saxlanılan 7 azərbaycanlı sərbəst buraxıldı - Adlar
16-02-2021 [19:48]
Rusiya-Azərbaycan sərhədində baş vermiş iğtişaşlar zamanı saxlanılan yeddi Azərbaycan vətəndaşı barəsində başlanan cinayət işlərinə xitam verilib.
Mia.az verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi açıqlama yayıb.
Bildirilib ki, 2020-ci ilin 15 iyun tarixində Rusiya-Azərbaycan sərhədində - Dağıstanda baş verən iğtişaşlar zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının 10 vətəndaşı – Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehdiyev, Tural Qiyasov, Elmar Musayev, Ənvər Muradov, Rövşən Hüseynov, Emin İmaməliyev saxlanılmışdı:
"Üstündən keçən uzun müddət ərzində bu məsələni diqqət mərkəzində saxlayan səfirliyimizin əməkdaşları tərəfindən həm saxlanılanlarla, həm də Rusiyanın aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, səfirliyin səlahiyyətləri çərçivəsində vətəndaşlarımıza hərtərəfli yardım göstərilib. Bu barədə ictimaiyyətə məlumat verilib.
Bildiririk ki, saxlanılan vətəndaşlardan yeddi nəfər, yəni C.Namazov, E.Əhmədov, N.Ağayev, Ə.Fərəczadə, E.Mehdiyev, T.Qiyasov, E.Musayev barəsində cinayət işlərinə xitam verilib, onlar sərbəst buraxılıb”, - açıqlamada qeyd olunur.
Bununla yanaşı, saxlanılmış vətəndaşlarımızdan Ənvər Muradovun Dərbənd Rayon Məhkəməsinin qərarı ilə Rusiya Cinayət Məcəlləsinin (CM) 318.2-ci maddəsilə (hakimiyyət nümayəndəsinə və ya onun yaxınlarına qarşı vəzifə borcunun yerinə yetirilməsilə bağlı həyatı və ya səhhətinə təhlükəli olan zorakılıq) təqsirli bilinərək 1 il müddətinə həbs cəzasına məhkum edilib. Vəkilin verdiyi apellasiya şikayəti əsasında məsələ Dağıstan Ali Məhkəməsinə təqdim olunub.
Həmçinin Rövşən Hüseynov və Emin İmaməliyev adlı vətəndaşlar barəsində ittihamlar ilkin istintaq zamanı dəyişdirilərək Rusiya CM-in 318.2-ci maddəsinə tövsif olunub.
İttihamnamələr təqdim ediləndən sonra hər ikisinin cinayət işləri müvafiq olaraq 19 fevral və 5 mart tarixlərində mahiyyətə üzrə baxılmaq üçün Məhərrəmkənd Rayon Məhkəməsinə göndəriləcək. Hazırda həmin şəxslər ev dustaqlığındadır.
Səfirlik bundan sonra da həmin məsələni diqqət mərkəzində saxlayaraq qarşıdakı məhkəmə iclaslarının təfsilatı barədə əlavə məlumat verəcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi