Rusiyada dərsliklərdə Azərbaycanla bağlı təhriflərə yol verilib
16-02-2021 [13:19]
Azərbaycanın Moskvadakı səfirliyi Rusiya orta məktəblərinin tarix dərslikləri ilə əlaqədar bu ölkənin Xarici İşlər və Maarif nazirliklərinə müraciət edib.
Səfirlikdən bildirilib ki, 2020-ci ildə Moskvadakı “Drofa” nəşriyyatında çap edilən, müəllifləri L.M.Lyaşenko, O.V.Volobuyev, Y.V.Simonovanın olan orta məktəblərin 9-cu sinifləri üçün nəzərdə tutulmuş “XIX əsr, XX əsrin əvvəlləri Rusiya tarixi” (“История России. XIX – начало ХХ века”) dərsliyinin 6-cı nəşrinin 90-cı səhifəsində 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə əsasən “Şərqi Ermənistan”ın Rusiyanın tərkibinə keçdiyi qeyd edilib.
Bundan əlavə, 2020-ci ildə N.M.Arsentyev, A.A.Danilov, A.A.Levandovski, A.Y.Tokarevanın müəllifliyi ilə Moskvanın “Maarif” nəşriyyatında çap olunan “Rusiya tarixi 9. Birinci hissə” (“История России 9. Часть 1”) 9-cu sinif dərsliyinin 6-cı nəşrinin 91-cı səhifəsində isə vurğulanır ki, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə görə, “Şərqi Ermənistan” ərazisi olan İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə keçib.
Sözügedən dərsliklərdə tarixi faktların təhrif edildiyini və Türkmənçay müqaviləsinin mətnində “Şərqi Ermənistan” adlı ərazinin ümumiyyətlə qeyd olunmadığını nəzərə alaraq, müvafiq düzəlişlərin edilməsi üçün səfirlik tərəfindən Rusiya Federasiyası Xarici İşlər və Maarif nazirliklərinə müraciətlər ünvanlanıb.
Rusiya Maarif Nazirliyindən səfirliyə daxil olan rəsmi cavab məktubunda bildirilib ki, sovet və rus tarix ədəbiyyatında İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya verilməsini əks etdirən, 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinin şərtləri işıqlandırılarkən “Şərqi Ermənistan tarixi vilayət” terminindən istifadə olunur. Sözügedən tarixi vilayətin Türkmənçay müqaviləsinin mətnində göstərilmədiyini nəzərə alaraq, “XIX əsr, XX əsrin əvvəlləri Rusiya tarixi” (“История России. XIX – начало ХХ века”) 9-cu sinif dərsliyinin müvafiq hissəsinə düzəlişlər edilib və “Şərqi Ermənistan” haqqında qeyd mətndən çıxarılıb, dərsliyin növbəti nəşrlərinin düzəliş edilmiş variantda çap olunacağı vurğulanıb.
Eyni zamanda, “Rusiya tarixi 9. Birinci hissə” (“История России 9. Часть 1”) 9-cu sinif dərsliyində “Şərqi Ermənistan” anlayışının sırf coğrafi kontekstdə verildiyi diqqətə çatdırılıb və birmənalı təfsir edilə bilməyən anlayışların istisna olunması üçün dərsliyin yenidən çapı zamanı müvafiq düzəlişin ediləcəyi bildirilib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi