İnstitut direktorunun doktorluq işi saxta çıxdı, AAK sərt qərar verdi - ÖZƏL

img

17-12-2013 [11:59]



Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramova qarşı Arif Mehdiyevin sədri olduğu Ali Attestasiya Komissiyası (AAK) sərt qərar çıxarıb.

Bu barədə mia.az-a daxil olan məlumata görə, AAK-ın belə bir qərar verməsinin səbəb isə institut direktorunun doktorluq elmi işinin plagiat çıxması olub: «Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramovun doktorluq işi araşdırılıb məlum olub ki, onun işi plagiatdır. bu səbəbdən AAK-ın Rəyasət Heyəti nəinki bu elmi işin müdafiəsinin təşkil edilməsini dayandırmış, hətta bu işin təkrar müdafiə hüququ verilməsi belə qadağan edilib».

 Mia.az xəbər verir ki, bu haqda Prezident yanında AAK-ın Rəyasət Heyəti 12 aprel 2013- il tarixində rəsmi qərar verib. Qərarda açıq şəkildə yazılıb ki, «Prezident yanında Ali Attestasiya Komissiyası Rəyasət heyətinin 12.04.20I3-ciiil tarixli (protokol nömrə 8-R) iclasında Bayramov Səhman Yusif oğlunun «Azərbaycanda ev quşlarının qarışıq invaziyalarının yayılması, inkişaf dinamikası, müalicəsi və profilaktikası» mövzusunda 2429.01 – «Parazitologiya» ixtisasında baytarlıq üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsinin təşkil edilməsi məsələsinə baxılmış, dissertasiya işində plagiat faktı aşkar olunduğu üçün müdafiənin təşkilindən imtina edilmiş təqdim edilmiş mövzu üzrə iddiaçıya təkrar hüququ verilməməsi qərara alınmışdır».

 Göründüyü kimi, AAK institut direktoru haqda olduqca sərt qərar qəbul edib. Məsələnin ən maraqlı tərəfi budur ki, bu rəsmi qərar aprel ayından təsdiqlənsə , institutun tabe olduğu Kənd Təsərrüfatı Nazirliyi yanında Elm Mərkəzi, nazirliyin özü Səhman Bayramov haqda ciddi tədbirlərə əl atıb. Belə ki, öz işində açıq plagiatlığa yol verməklə saxtakarlıq etməsi təsdiqlənən Səhman Bayramov hələ vəzifəsində saxlanılmaqla yanaşı, institutun elmi şurasına da sədrlik edir. Keçmiş nazir İsmət Abasovun bu saxtakarlığa göz yummasını bəlkə anlamaq olardı, amma yeni nazir Heydər Əsədovun belə bir direktorla hələ işləməsi yeni müəmmalara yol aça bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA