Zakir Həsənovdan daha bir kadr dəyişikliyi, nazir idarə rəisini əvəzlədi

img

17-12-2013 [11:00]


Müdafiə Nazirliyinin İşlər İdarəsinə yeni rəis təyin olunub. MİA xəbər verir ki, APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə işlər idarəsinin rəisi Baxış Ələkbərov vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə ehtiyatda olan polkovnik Azad Əsədov təyin edilib.

A. Əsədov hərbi xidmətə ehtiyatdan çağırılıb.

Qeyd edək ki, A. Əsədov 1990-cı illərin əvvəllərində Azərbaycan Ordusu sıralarında xidmət edib. 701 saylı briqadanın tərkibində 1993-cü ilin fevral-aprel aylarında Laçın və Kəlbəcər rayonlarının müdafiəsində, 1994-cü ildə isə "Murovdağ” əməliyyatında iştirak edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA