Hikmət Hacıyev: "Azərbaycan peyvəndin bərabər bölüşdürülməsinin tərəfdarıdır"
15-02-2021 [19:27]
“COVID-19 pandemiyası dövründə Azərbaycan ölkə səviyyəsində uyğunlaşmaq məcburiyyətində qaldı. Biz beynəlxalq səviyyədəki mübarizəyə töhfə vermək üçün öz təkliflərimizi irəli sürdük. Bununla bağlı ən azı regional səviyyədə addımlarımızı əlaqələndirməyə çalışdıq”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə fevralın 15-də keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Pandemiya başlayanda biz bu böhranla bağlı birgə beynəlxalq mövqe görmədik. Biz BMT-nin himayəsində beynəlxalq tədbirlərin təşkil olunmasını da görmədik. Beynəlxalq miqyasda əlaqələndirmə ortada yoxdur. Ona görə də cənab Prezident BMT Baş Assambleyasının növbədənkənar sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təşəbbüsü 155 ölkənin dəstəkləməsi çox sevindiricidir. Bu konfrans COVID-19-a qarşı beynəlxalq səviyyədə mübarizə aparmaq üçün tədbirlər təşkil etmək imkanı yaratdı”, - deyən şöbə müdiri bir çox ölkələr kimi Azərbaycanda da koronavirusa qarşı peyvənd işlərinə başlandığını qeyd edib.
COVID-19-a qarşı dərmanların dünyada bölüşdürülməsində qeyri-bərabərlik olduğunu dilə gətirən H.Hacıyev daha sonra deyib: “İlk mərhələdə dərmanların 90 faizi zəngin ölkələr tərəfindən satın alındığı halda, kasıb ölkələr peyvəndlənməyə heç başlamamışdı da. Hətta ilkin mərhələdə ən zəngin ölkələrin həmin dərmanlardan ehtiyaclarının iki misli qədər satın aldıqları barədə məlumatlar var. Burada siyasi təsisatların təsiri sezilir. Amma bu məsələdə bərabər yanaşma olmalıdır”.
O, bir sıra ölkələrin Dünya Ticarət Təşkilatına müraciət edərək peyvənd istehsalı texnologiyasının hamıya çatdırılmasını istədikləri də qeyd olunub: “Belədə dərmanların kütləvi istehsalına başlana bilər. Azərbaycan həmin təşkilatın qeyri-üzvü kimi bu məsələyə qərəszis və əlaqəli yanaşmanın tərəfdarıdır. Bununla bağlı da öz təşəbbüsümüzü irəli sürmüşük”/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi