Milli Məclisin deputatları ABŞ senatorlarının açıqlaması ilə bağlı bəyanat yaydı: "İttiham qəbuledilməzdir"
14-02-2021 [12:40]
Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.
Mia.az həmin bəyanatı olduğu kimi təqdim edir:
"2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cosef Baydenə ünvanlanmış məktub ciddi təəccüb və təəssüfümüzə səbəb oldu. Bununla əlaqədar, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri olaraq aşağıdakıları bəyan edirik:
- Məktuba imza atan ABŞ senatorlarının böyük bir qismi heç vaxt Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə qədər işğal altında saxlayan Ermənistanı işğala son qoymağa çağırmamışlar.
- ABŞ senatorlarının əksəriyyəti işğal nəticəsində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kobud şəkildə pozulması, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi ilə bağlı heç vaxt öz narahatçılıqlarını ifadə etməmişlər;
- ABŞ senatorlarının bir çoxu Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı qətliamları, müharibə cinayətlərini, xüsusilə bu günlərdə 29 illiyini qeyd edəcəyimiz Xocalı soyqırımını pisləməmişlər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və Ermənistanın işğalına son qoyulması tələbi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində öz əksini tapmışdır və rəsmi Vaşinqton bütün bu qətnamələrin lehinə səs vermişdir;
- Azərbaycan Respublikası beynəlxalq hüquqa uyğun olaraq 44 günlük Vətən Müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etmiş və bununla da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin etmişdir;
- Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq başladılmış sülhə məcburetmə əməliyyatı istisnasız olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılmışdır;
- ABŞ senatorlarının öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı münaqişəni həll etdiyi üçün ittiham etməsi qəbuledilməzdir;
- Bu qəbildən olan bəyanat və açıqlamalar Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə xidmət etmir, əksinə Ermənistanda mövcud olan radikal və revanşist qüvvələri vəziyyəti yenidən gərginləşdirməyə həvəsləndirə bilər;
- Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Azərbaycanın haqlı mübarizəsinə siyasi və mənəvi dəstək verən Türkiyənin senatorlar tərəfindən tənqid olunması ədalətsizlikdir;
- İnsan hüquqları mövzusunun getdikcə daha çox siyasiləşdirilməsi ciddi narahatlıq doğurur;
- Senatorların suveren dövlət olan Türkiyənin daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir;
- ABŞ Konqresinə qanunsuz olaraq girən etirazçıların “terrorçu” olaraq adlandırıldığı halda, 15 iyul 2016-cı ildə Türkiyədə demokratik yolla seçilmiş hökuməti hərbi yolla devirməyə çalışan bir hərəkatı dəstəkləmək və bu hərəkatı təmsil edən şəxsləri “insan haqları müdafiəçisi” olaraq təqdim etmək qərəzli yanaşmadır;
- Yerləşdiyi regionda çoxsaylı təhdidləri önləmək üçün özünümüdafiə hüququndan istifadə edən, ölkə daxilində və xaricində terrora qarşı mücadilə aparan, tarix boyu müxtəlif etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı Türkiyəni hər hansı bir etnik qrupa qarşı mübarizədə günahlandırmaq cəhdləri iflasa məhkumdur".
- Türkiyənin Cənubi Qafqazda sabitləşdirici rolunu, onun bu regionda sülh və iqtisadi inkişafa yönəlmiş fəaliyyətini yüksək qiymətləndiririk;
- ABŞ Senatını Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması istiqamətində Azərbaycan və Türkiyənin səylərini dəstəkləməyə və töhfə verməyə çağırırıq".
Xatırladaq ki, 9 fevral 2021-ci ildə ABŞ Senatının bəzi üzvləri rezident Cozef Baydenə məktubla müraciət ediblər. Onlar beynəlxalq hüququn verdiyi haqlardan istifadə edərək öz ərazi bütövlüyünü təmin edən, Dağlıq Qarabağ münaqişəsinə toxunub və Azərbaycana dəstək verdiyi üçün Türkiyəni tənqid edirlər.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi