Azərbaycanın uzunömürlü sakini, 113 yaşlı Narınc nənə vafat edib

img

16-12-2013 [13:21]


Şamaxının yaşlı sakini, 113 yaşlı Narınc Nərimanova dünyasını dəyişib. Trend-in məlumatına görə, 1900-cü ildə dünyaya gələn Narınc Müzəffər qızı Nərimanova həyatının son günlərinə kimi doğulduğu Avaxıl kəndinin xeyrində və şərində yaxından iştirak edirdi. Buna görə də yalnız bir nəslin deyil, bütöv bir elin ağbirçəyi sayılırdı.

Şamaxının millət vəkili Elxan Süleymanov qeyd edib ki, 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı onu daha yaxından tanımaq imkanı yaranıb: "Qısa bir müddət ərzində aramızda əsil ana-oğul ülfəti yarandı. Bu ülfət həyatım boyu mənimlə qalacaq. Narınc ananın vəfatı ilə bağlı bütün yaxınlarına, Avaxıl kəndinin sakinlərinə, eləcə də bütün şamaxılılara dərin hüznlə başsağlığı verirəm. ALLAH rəhmət eləsin!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA