"Mənim Damla ilə nə problemim olacaq ki?" - Elzadan açıqlama

img

11-02-2021 [17:51]


"Vaxtında Ələkbər Tağıyevin, Ağadadaş Ağayevin mahnılarını ara musiqisi adlandırırdılar. Bir də var ki, virus mahnılar. Bilmirsən İran musiqisidir, bilmirsən türk musiqisidir".

Bu sözləri aparıcı və prodüser Tarix Əliyevin "Günə bir şou"verilişində qonaq olan əməkdar artist Elza Seyidcahan deyib.

Qalmaqallı açıqlaması ilə diqqət çəkən müğənni həmkarı Damlaya söz atmağı da unutmayıb.

O, aparıcının "O, xanımla probleminiz var?" sualına belə cavab verib: "O xanım kimdir ki, Damla? Yox, mənim Damla ilə nə problemim olacaq ki? Sadəcə verilişlərin birində Damlanın şəkli qarşıma çıxdı və ifasını səsləndirdilər. Damla nəzir paylasın ki, onu reklam edirəm."/Big.az


Digər xəbərlər
SON XƏBƏRLƏR