Ədliyyə Nazirliyi: "44 hakim yerinə təyinat olub"
11-02-2021 [17:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanı bu sahədə mühüm "yol xəritəsi" olmaqla onun icrası çərçivəsində qanunvericilik əsaslı sürətdə təkmilləşdirilib, yeni ixtisaslaşmış məhkəmələr yaradılıb, o cümlədən ölkə Prezidentinin 03.02.2021-ci il tarixli Sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilib, hakimlərin sosial müdafiəsi gücləndirilib, ayrılmış əlavə 200 hakim ştat vahidinin komplektləşdirilməsi ilə bağlı şəffaf seçim nəticəsində artıq 44 namizədin bu ərəfədə təyinatı aparılıb.
Görülən tədbirlər çərçivəsində beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə olunmaqla Avropa İttifaqı və Avropa Şurasının "Yaxşı idarəçilik naminə tərəfdaşlıq" birgə proqramının "Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması" layihəsi həyata keçirilir.
Layihənin icrası çərçivəsində hakim və məhkəmə aparatı işçiləri üçün təlimlər keçirilib, ekspertlər tərəfindən qanunvericilik təhlil olunaraq məhkəmələr üçün kommunikasiya strategiyası, həssas qrupların ədalət mühakiməsinə çıxışına, məhkəmə qərarlarının icrası sisteminin səmərəliliyinə dair və sair sənədlər hazırlanıb.
Eyni zamanda Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı alət və indikatorlarının pilot məhkəmələrdə uğurlu tətbiqi nəzərə alınaraq bu təcrübənin digər məhkəmələrdə yayılması qənaətinə gəlinib.
Bununla əlaqədar xüsusi Yol Xəritəsi hazırlanaraq onun müzakirəsi və implementasiyası məqsədilə Avropa Şurası və Avropa İttifaqı təmsilçilərinin, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi nümayəndələrinin, ali, apellyasiya və birinci instansiya məhkəmə hakimlərinin və işçilərinin iştirakı ilə üç günlük onlayn seminar keçirilib.
Tədbirin açılışında Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyes, CEPEJ-in prezidenti Ramin Qurbanov, Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Layihə koordinatoru Məryəm Hacı-İsmayılova çıxış ediblər.
Seminarda məhkəmə sahəsində qazanılmış nailiyyətlər və tətbiq olunan yeniliklər qeyd edilib, o cümlədən 03.04.2019-cu il tarixli Fərmanın icrası ilə bağlı mühüm qanunların qəbul edilməsi, cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə proseslərində İKT-nin tətbiqinin genişləndirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılması beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə həmçinin, Avropa İttifaqı və Avropa Şurası ilə birgə həyata keçirilən layihənin məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmə prosesində vaxtın idarə olunması, məhkəmə xidmətlərinin keyfiyyətinin artırılması və məhkəmə fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Onlayn seminarda məhkəmə fəaliyyətində səmərəlilik və keyfiyyət ölçüsü alətlərinin yayılması ilə bağlı hazırlanmış Yol Xəritəsinin icrasının təşkili məsələləri müzakirə edilib, bununla bağlı beynəlxalq ekspert və milli tərəfdaşlar tərəfindən hazırlanmış Fəaliyyət Planının təqdimatı keçirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi