ZƏFƏRƏ YOL ÇƏKƏN ƏSGƏR
11-02-2021 [13:10]
Şahnaz Şahin
***
Qarabağın adının çəkilməsi bəsdir ki, yadına Xan əmi, Natavan, Bülbül düşsün. Bax elə otuz ilə yaxın onların da ruhu, məzarı və heykəli əsirlikdə idi.
Vəhşi xislətli ermənilər heykəlləri də güllələdilər, məzarları dağıdtılar, abad bir yurdu viran qoydular. Zülm evi abad olmaz, necə ki, olmadı, güclü ordumuzun sayəsində Azərbaycan xalqı düşmənləri toğrpaqlarımızdan çıxarmağa nail oldu. Amma müharibənin acı küləy hər evə doldu, ömürlərə qıydı, ürək parçaladı, anaları ağlar, balaları atasız qoydu.
İslamov Daşqın Alik oğlu 11 iyun 1993-cü ildə Poladtoğay kəndində dünyaya gəlmişdir. Orta təhsilini 2000-2010-cu illərdə şəhid M.İsalamov adına Poladtoğay kənd tam orta məktəbində almışdır. Elə həmin ilin iyun ayında da həqiqi hərbi xidmətə çağırılmış və Ağdamın Xındırıstan və Üçoğlan kəndlərində olan “N” saylı hərbi hissədə xidmət etmiş və 2011-cin ilin yanvar ayında hərbi xidmətini başa vuraraq evə qayıtmışdır. Daşqın bütün yaşıdları kimi Qarabağın işğal olunmasından sonra dünyaya gəlmişdi, heç vaxt o yerləri görməsə də qədim Azərbaycan torpaqlarının yağmalanmasına dözə bilmirdi. Dərsliklərdən oxuyurdu, öyrənirdi, haqqında çəkilmiş qısa filmləri izləyirdi və inanırdı ki, bir gün gələcək Qarabağ azad olacaq və bunu elə indiki nəsil gənclər edəcəklər.
Daşqın İkinci Qarabağ müharibəsi başlayarkən məlum səfərbərliklə 9 oktyabr 2020-ci ildə cəbhəyə getmişdir. Ağcabədidə qısa müddətli hərbi təlimlərdən sonra Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl, Hadrut uğrunda apardığı çətin döyüşlərdə iştirak etmişdir. Daşqın sərrast atıcı idi və gülləsi boşa getməzdi. O, ailəsi ilə son dəfə 22 oktyabr günü əlaqə saxlaraq qələbə gününün yaxında olmasından, əsgərlərimizin döyüşlərdə necə igidlik göstərməsindən fəxrlə söz açıb...
...Şimşəktək çaxıb keçir,
Təzim edir dağ, dərə.
Bir yol çəkir zəfərə
Azərbaycan əsgəri!
29 oktyabr 2020-ci ildə Hadrut istiqamətində gedən şiddətli döyüşlərin birində şəhidlik məqamına yüksələn Daşqın 2 noyabr 2020-ci ildə Poladtoğay kənd qəbristanlığında dəfn edilmişdir. Ailəli idi, iki azyaşlı övladı var. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Anası Rəbiyyə xanım Daşqından ürəklə, fəxrlə söz açır, deyir ki: ” Beş övladım var, hər birini ana kimi çox istəyirəm, amma Daşqın hamıdan fərqlənirdi, uşaqlıqdan sakit, sözəbaxan idi. Məni heç vaxt incitməyib. Vətənpərvər idi, Qarabağın işğal altında olmasına dözə bilmirdi. Müharibə xəbərinə elə sevinirdi ki.. Deyirdi haqq-ədalət öz sözünü deyəcək, torpaqlarımızı azad edəcəyik..”
Cəsarət zəfərə aparan yoldur, qələbə üçün hərbi qüvvələrin üstünlüyü ilə yanaşı, özünü sevən xalqın birliyi vacib şərtdir, elə İkinci Qarabağ savaşında ölkəmizin qazandığı tarixi qələbə kimi. Azərbaycan belə igid və qəhrəman öğullarının sayəsində, minlərlə şəhidin qanı bahasına öz tarixi qələbəsini qazandı, otuz ilə yaxın bir işğala son qoyuldu, vətənimizin ərazi bütövlüyü bərpa edildi, torpaq rahat nəfəs aldı, qələbə nəşəsindən millətin əyilmiş qəddi düzəldi. Bu gün hər bir azərbaycanlının ürəklə, fəxrlə “Qarabağ Azərbaycandır!” deyib öyünməyə haqqı vardır.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi