Maksim Kuryaçiy: “Azərbaycanın nümunəsi Ukraynada güclü təəssürat yaradıb”
10-02-2021 [12:16]
“Həm Azərbaycan, həm də Ukrayna xarici təcavüz, ərazilərinin bir hissəsinin işğalı ilə üzləşib. Azərbaycanın hərbi əməliyyat nəticəsində ərazi bütövlüyünü bərpa etmək nümunəsi Ukrayna vətəndaşlarında güclü təəssürat yaradıb. Faktiki olaraq Azərbaycan rəhbərliyi bütün dünyaya göstərdi ki, düşünülmüş strategiya və resursların səfərbər edilməsi ilə birlikdə güclü siyasi iradənin olması Sovet müstəmləkəçiliyinin dondurulmuş metastazlarını aradan qaldırmağa qadirdir”.
Bunu Ukrayna Ali Radasının keçmiş deputatı Maksim Kuryaçiy deyib.
O, bu baxımdan bir tərəfdən Azərbaycanla, digər tərəfdən də Türkiyə ilə hərbi-texniki əlaqələrin Ukrayna üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycanın təcrübəsi və onun hərbi uğurları bunu təsdiqləyir. Azərbaycanlı tərəfdaşlarımıza təklif edə biləcəyimiz çox şey var. Özü də hərbi-texniki sahədə birgə fəaliyyət barədə ilk razılaşmalar hələ 1997-ci ildə imzalanıb”.
Bakı-Ankara-Kiyev formatında üçtərəfli əməkdaşlıqdan danışan M.Kuryaçiy diqqətə çatdırıb ki, qloballaşma dövründə regional əməkdaşlıq, bəzilərinin düşündüyü kimi, arxaik və ikinci dərəcəli bir şey kimi görünmür.
“Əksinə, beynəlxalq ictimaiyyətin son illərdə qarşılaşdığı problemlər, o cümlədən koronavirus pandemiyası regional, lokal qarşılıqlı əlaqələrin inkişafı mövzusunu, onların belə çağırışlara cavab vermək üçün təsirli yollar və vasitələrin axtarışına cəlb edilməsi məsələsini aktuallaşdırır. Axı qlobal inkişaf ən müxtəlif mənbələr hesabına formalaşır. Bu dinamik şəkildə dəyişən dünyada öz yerinizi axtarmalı və tapmalısınız. Öz subyektivliyinizi artırmalısınız”, - o vurğulayıb./Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi