Zakir Həsənovun idarə rəsi təyin etdiyi deyilən restoran sahibi danışdı

img

14-12-2013 [21:19]


"Müdafiə Nazirliyində yeni kadr təyinatları barədə şok iddialar” adlı yazıda "Ovçular ət və ət məhsulları” MMC-nin firmasının sahibi Ə.İsgəndərovun Müdafiə Nazirliyində yüksək vəzifəyə gətirilməsindən söz açılırdı. 

Ə.İsgəndərovun nümayəndəsi Hüseyn Məmmədov redaksiyamızla əlaqə saxlayaraq təmsil etdiyi şəxsin heç bir vəzifəyə təyinat almadığını bildirdi: "Meşəbəyi” restoranlar şəbəkəsinin və "Ovçular ət və ət məhsulları” MMC-nin sahibi Ə.İsgəndərov bu gün də öz biznesini idarə edir. Onun Müdafiə Nazirliyində hansısa bir vəzifəyə təyinatı ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir. Belə bir xəbərin mətbuata verilməsi müəyyən qüvvələrin iş adamının mövcud fəaliyyəti ilə bağlı ola bilər”(musavat.com). 

Xatırladaq ki, həmin yazıda heç bir rütbəsi olmayan mülki bir şəxsə birdən-birə mayor rütbəsi verib Müdafiə Nazirliyində vəzifəyə təyin olunduğu deyilirdi. Qeyd olunurdu ki, kadrlar peşəkarlığına görə deyil, qohumluq əlaqələrinə görə vəzifəyə gətirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA