"Çiçək, Çiçək qrupları" mövzusunda onlayn yarış keçirilib - FOTOLAR
09-02-2021 [17:29]
Leyli Əliyeva,
İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin biologiya müəllimi
***
İmişli rayonu üzrə ilk dəfə R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin biologiya müəllimi Taleh Cavadov və onun dərs dediyi VI sinif şagirdləri ilə şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin VI sinif şagirdləri arasında "Çiçək, Çiçək qrupları" mövzusunda onlayn yarış keçirilib.
Tədbir əvvəldən sona kimi onlayn tətbiqlərdən istifadə olunmaqla qurulub.
Yarış zamanı istifadə olunan “Sway” tətbiqi ilk dəfə bizə təlim zamanı Ceyhunə Yusifova tərəfindən keçirilərkən, mən o tətbiqin ən qısa formasını təqdim etmişdim. Yalnız bayraq şəklini, Zəfər Gününü qeyd etmişdim.
Mövzunun da adını “Azərbaycan” seçərək işi təhvil vermişdim. Lakin təlimdən sonra tətbiqi daha dərindən incələdim və təqdimatımı da elə “Sway” tətbiqi üzərində qurmağa başladım.
Tədbirdə 7 veb alətindən istifadə olundu:
1. “Sway” proqramında təqdimat;
2. “LearningApps” proqramında çiçəyin sxem şəkil üzərində soruşulması;
3. “LearningApps” proqramında əsl çiçəyin görünüşü olan şəkil üzərində çiçəyin hissələrinin axtarılması;
4. “LearningApps” proqramında çiçək qruplarının bitkilərlə əlaqəsinin tapılması;
5. “LearningApps” proqramında milyonçu oyunu vasitəsi ilə "Qarabağın flora fauna”sına aid suallar ətrafında şagirdlərin yarışması;
6. Şagirdlərin çiçək qrupunu onlayn təqdimatlar formasında “Youtube” portalı üzərindən təqdim etməsi;
7. “Whell of Names” çarxını hərəkətə gətirməklə çiçək qruplarını aplikasiya edərək seçilən adları plastilin və ya kibrit çöpü vasitəsi ilə düzəldərək şagirdlərin bacarıqlarını nümayiş etdirməsi;
Eləcə də Azərbaycanın simvolu hesab edilən Xarı Bülbülun qurluşu, tozlanması “Youtube” vasitəsi ilə nümayiş olundu. Həm şagirdlərini, həm də məktəbinin bacarıqlı müəllimini dəstəkləyən Əliqulular kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Səxavət Tağlara öz minnətdarlığımı bildirirəm. Çünki tədbir bitdikdən sonra onlayn yarışı mətbu orqanda işıqlandırmaqla bu tədbirə yüksək dəyər verdiyinin şahidi oldum . Eləcə də məktəbimizin rəhbərliyinə - Ramil Möhbalıyevə mənə bu işdə dəstək olduğuna görə minnətdarlığımı bildirirəm. Taleh müəllimə işlərində uğurlar arzu edirəm.
Məktəblərarası əlaqənin qurulması çox xoş oldu. Özümü bir anlıq həmin məktəbin müəllimi kimi hiss etdim. Həmçinin, şagirdlərimin də Taleh müəllimi öz müəllimləri kimi qəbul etdiklərini gördüm. İnşallah bu layihəniz davamlı olar. Bu təşəbbüsə digər məktəblərin fənn müəllimlərinin qoşulmasını arzu edirəm.
Mia.az

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi