AMEA institutlarına yeni direktorların nə vaxt seçiləcəyi açıqlanıb

img

14-12-2013 [14:46]


Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasında institutlar üzrə yaranmış vakansiyalar elan ediləcək.

APA-nın xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, akademiyanın Nizamnaməsinə uyğun olaraq, yeni direktorların seçilməsi fevral-mart aylarında həyata keçiriləcək. A. Əlizadə qeyd edib ki, yeni elanda 10-dan artıq vakansiya olacaq: " Nizamnaməyə uyğun olaraq, institutu direktorları 5 ildən bir təyin edilməlidirlər. Gələn il elan ediləcək vakansiya zamanı da 5 illik müddəti bitmiş direktor yerlərinə müsabiqə yolu ilə təyinatlar olacaq”.
A. Əlizadə qeyd edib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarda müəyyən problemlər var. O vurğulayıb ki, 2014-2020-ci ilə qədər institutların strukturları, proritet istiqamətləri və proqramlarını müəyyən etmək ən mühüm məsələlərdən biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA