Azərbaycanda 244 müəllim işindən imtina edib

img

14-12-2013 [14:11]


"Bu il Azərbaycanda test imtahanı ilə işə qəbul olunan 244 müəllim getdiyi yerdən imtina edib”.

Bu sözləri nazir Mikayıl Cabbarov bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Müəllimlərinin XIV qurultayında deyib.

O bildirib ki, müəllimlər əsasən ucqar rayonlardan imtina ediblər: "Bunun əsas səbəbi iş yerlərinin mərkəzlərdən uzaq olmasıdır. Bunun üçün regionlara gedən müəllimlərin şəraiti yaxşılaşdırılmalıdır”.

Nazir işdən imtina edən müəllimlərin 82 faizinin qadın olduğunu, bu sahədə problemin aradan qaldırılması üçün müəllimlərin həvəsləndiirlməsi, onlar üçün xüsusi ipoteka rejiminin tətbiq olunmasını zəruri sayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA