Baş Prokurorluq Qəbələdəki silahlı insidentlə bağlı məlumat yaydı

img

14-12-2013 [12:52]


Baş Prokurorluq Qəbələdə baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ şəhəri, İ.Qutqaşenli küçəsində yerləşən "Qəbələ” Ticarət Mərkəzinin qarşısında silahlı insident baş verib. Baş verən münaqişə zəminində rayon sakinləri 1968-ci il təvəllüdlü Eldar Kərimovun və 1969-cu il təvəllüdlü Vasif Dadaşovun qəsdən öldürülməsi, 1987-ci il təvəllüdlü Zöhrab Cavadovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən 5 ədəd giliz, 1 ədəd patron, "Vinçester” tipli ov tüfəngi, qan nümunələri maddi sübut kimi götürülüb, zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Rayonun Zarağan kənd sakini, 1977-ci il təvəllüdlü Ariz Rəsulzadənin qeyd edilən ticarət mərkəzinin qarşısında mülki mübahisə ilə bağlı baş vermiş münaqişə zəminində avtomobilində gəzdirdiyi "Vinçester” tipli ov tüfəngindən atəş açaraq E.Kərimovu və V.Dadaşovu qəsdən öldürməsi, Z.Cavadova isə xəsarət yetirməsində əsaslı şübhələr olduğundan sonuncu tutularaq şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA