DYP-dən velosiped sürücülərinə müraciət
08-02-2021 [15:04]
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi velosiped sürücülərinə müraciət edib.
İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Mia.az-a bildirib ki, velosiped sürücüləri bütün yol hərəkəti qaydalarına riayət etməlidir.
Onun sözlərinə görə, velosiped sürücüləri digər nəqliyyat vasitələrinin sürücüləri kimi yollardakı nişanların, svetoforların tələblərinə birmənalı şəkildə riayət etməli, o cümlədən digər nəqliyyat vasitələrinin sürücüləri kimi sağa və ya sola dönən zaman əl işarəsi ilə dönmə siqnalları verməlidirlər:
“Velosipedin ümumi istifadədə olan yolda idarə edilməsinə 14 yaşdan icazə verilir. Lakin biz dəfələrlə uşaqların yolda velosipedlə hərəkətinin şahidi oluruq. Bu isə həm təhlükəli, həm də qanunvericiliyin tələbinə ziddir".
V.Əsədov qeyd edib ki, səkilərdə və piyada yollarında velosipedlərin hərəkəti qadağandır:
“Velosiped sürücüləri yolun hərəkət hissəsinin yalnız sağ kənarı ilə və piyadaların hərəkətinə mane olmamaq şərtilə yol çiynində hərəkət edə bilərlər. Qanunvericilikdə velosiped sürücülərinin təhlükəsizlik dəbilqələrindən istifadə etməsi məcburi olmasa da, tövsiyə edirik ki, öz təhlükəsizliklərini qorumaq üçün dəbilqələrdən istifadə etsinlər. Bundan əlavə velosipedi idarə etməyə mane olan yükün daşınması da qadağandır. İdarə edilməsinə mane olan o deməkdir ki, velosipedin sükanını tutmağa çətinlik yaradan, ağır olduğuna və ya ləngər vurduğuna görə velosipedin aşması təhlükəsini doğuran, sürücünün öz yerində rahat oturmasına mane olan hallar nəzərdə tutulur. Həmçinin iki və daha çox zolağı olan yollarda sola dönmək və piyada keçidindən keçmək istəyərkən, sürücü velosipeddən düşməli və velosipedi əli ilə itələyərək yolu digər istiqamətə keçməlidir. Çox təəssüf ki, velosipedçilər bu qaydalara riayət etmirlər”.
“Şübhəsiz ki, bu qaydaların pozulmasına görə qanunvericilikdə inzibati məsuliyyət tədbirləri də nəzərdə tutulub. Yəni velosiped sürücüsü sadalanan qayda pozuntularını törədərsə, yol polisi tərəfindən saxlanılaraq cərimə oluna bilər”, - V.Əsədov bildirib.
Xatırladırıq ki, velosipedçilərin hüquq və vəzifələri "Yol Hərəkəti Haqqında Qanun"un 38-ci və 46-cı maddələri ilə tənzimlənir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi