DYP-dən xəbərdarlıq: “Bu vəzifələri icra etməyən sürücülər məsuliyyətə cəlb oluna bilər”
08-02-2021 [14:42]
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi təbliğatın və təhlükəsizliyin artırılması məqsədi ilə sürücülərə müraciət edib.
İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Mia.az-a bildirib ki, sürücülər avtomobilə əyləşməzdən öncə sənədlərin qaydasında olunması yoxlanılmalıdır:
“Avtomobilə əyləşməzdən öncə sənədlərin qaydasında və üzərinizdə olmasını yoxlayın, sərxoş və psixotrop maddələrin təsiri altında olmadığınıza əmin olun və avtomobilə vizual baxış keçirərək qeydiyyat nişanlarının təmiz olmasına, işıq cihazlarının işləməsinə, təkərin təzyiqinə, şüşə silgəclərinin işləməsinə əmin olduqdan sonra sükan arxasına əyləşməlisiniz.
Avtomobili işə saldıqdan sonra isə həm özünüzün, həm də sərnişinlərin təhlükəsizlik kəmərindən düzgün istifadə edilməsini təmin etməlisiniz. O cümlədən 12 yaşınadək uşaqları apararkən qaqbaq oturacaqda xüsusi uşaq oturacağı mütləq şəkildə olmalıdır. Arxa oturacaqda xüsusi uşaq oturacağı olmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmasa da, tövsiyə edirik ki, uşaqların təhlükəsizliyi üçün onları xüsusi oturacaqda aprasınız. Yola çıxmazdan əvvəl metereoloji şəraitlə tanış olsunlar və gedəcəkləri istiqamətdə ən qısa yolu dəqiqləşdirsinlər. Yola çıxdıqdan sonra isə həmin istiqamət üzrə sürət rejiminə, ara məsafəsinə, zolaqlar üzrə hərəkət qaydalarına əməl etsinlər. Sağ zolaq boş olan halda sol zolaqla getməmələri, piyada və dəmiryol keçidlərində daha diqqətli olmaları tövsiyə olunur”.
“Yolda hərəkət üstünlüyünə malik olan təcili tibbi yardım, polis, yanğın söndürən və digər operativ nəqliyyat vasitələri göy və ya qırmızı sayrışan işıq və xüsusi səs siqnalı verərək yaxınlaşdıqda həmin nəqliyyat vasitələrinin sərbəst hərəkətinə, hətta dayanmaq belə lazım olarsa şərait yaradın. Sükan arxasında fikri yayındıra biləcək hərəkətlərdən və mobil telefondan uzaq durun. Hərəkət zolağını dəyişərkən dönmə, ötmə, hərəkətə başlama dayanma ilə bağlı manevr etdikdə digər sürücüləri xəbərdar etmək üçün dönmə işıqlarından mütləq istifadə edin. Sərnişinləri düşürərkən yalnız səki tərəfdən düşmələrini və qapını açarkən digər hərəkət iştirakçılarına mane olmamalarını onların diqqətinə çatdırın.
Unutmayın ki, "Yol Hərəkəti Haqqında Qanun"un 37-ci maddəsi sürücülərin hüquq və vəzifələrini tənzimləyir. Bu vəzifələrin icra edilməməsinə görə sürücü "İnzibati Xətalar Məcəlləsi"nin müvafiq maddəsi ilə məsuliyyətə cəlb oluna bilər”, - V.Əsədov bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi