Zakir Həsənovdan daha bir təyinat, nazir maliyyə rəisini də dəyişdi

img

13-12-2013 [18:17]


Zakir Həsənovun kadr islahatlarının ilk hədəfi hesab olunan Büdcəyə nəzarət və maliyyə idarəsinin rəisi, polkovnik Elçin Mehdiyevin yerinə yeni kadr təyin edilib. MİA xəbər verri ki, "Axar.az”ın məlumatına görə, artıq iki aya yaxındır ki, yeni vəzifəsini icra edən Zakir Həsənov keçmiş Müdafiə naziri Səfər Əbiyevin adamı hesab olunan Elçin Mehdiyevi cəbhə bölgəsindəki hərbi hissələrdən birinə göndərdikdən sonra onun yerinə vaxtilə bir yerdə işlədiyi Daxili Qoşunların Maliyyə Şöbəsinin rəisi polkovnik-leytenant Namiq Poladovu gətirib.

Xatırladaq ki, Namiq Poladov Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il may ayının 6-da imzaladığı sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a bildirildi ki, bu barədə məlumatı yalnız iki gündən sonra verə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA