Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq - Açıqlamalar
08-02-2021 [13:53]
Təhsil Nazirliyinin qərarı ilə fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilən cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.
Lakin araşdırma nəticəsində məlum olub ki, bəzi ali məktəblərdə dərslər bərpa edilməyəcək.
Onlardan biri də Bakı Slavyan Universitetidir. Ali məktəbin Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov deyib ki, universitetdə tədris bərpa olunmayacaq.

O bildirib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavininin iştirakı ilə videokonfrans formatında toplantı keçirilib: “İclasda məsləhətləşmələr apardıq. Qeyd olundu ki, tələbələrin böyük hissəsi bölgələrdə yaşayır. Ənənəvi tədris iki gün olsa belə, həmin tələbələr Bakıya gəlməli, qalmağa yer tapmalı və digər məsələləri həll etməlidirlər. Bizim universitetdə də xüsusi auditoriyaya, laboratoriyaya ehtiyac olan ixtisas yoxdur. Düzdür, biz qarışıq dərs cədvəli də hazırlamışdıq, amma tövsiyə olundu ki, sanitar-epidemioloji vəziyyəti gərginləşdirməmək üçün tələbələrin universitetə gəlməsinə ehtiyac yoxdur. Əgər epidemioloji vəziyyət yaxşılaşsa, aprel-may-iyun aylarının əvvəllərində tələbələri dəvət etmək olar”.
“4-cu kursda pedaqoji təcrübəyə getməli olan tələbələrimiz var. Məktəblərdə dərslər də başladığına görə, həmin tələbələri qarışıq şəkildə təcrübəyə göndərmək istəyirik. Bunun üçün Təhsil Nazirliyinə müraciət etmişik. Çox güman müsbət cavab veriləcək, biz də təşkil edəcəyik”, - T.Cəfərov əlavə edib.
Azərbaycan Dillər Universitetinin (ADU) Mətbuat xidməti şöbəsinin rəhbəri Ağa Cəfərli bildirib ki, təmsil etdiyi ali təhsil ocağında tədris onlayn şəkildə davam etdiriləcək.

Ağa Cəfərli
“Tələbələrimiz dərsə gəlməyəcəklər. Təhsil Nazirliyinin qərarında da var ki, praktik şəkildə dərsdə iştirak edilməsi vacib olan ixtisasların tələbələri ənənəvi tədrisə keçəcək. Amma bizdə onlayn şəkildə davam edəcək".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov açıqlamasında ki, universitet dərsləri onlayn şəkildə davam etdirəcək.

“Məsələni Təhsil Nazirliyi ilə razılaşdırmışıq. Fevralın 15-də onlayn formada ikinci smestrə start verəcəyik. Vəziyyətdən asılı olaraq gələcəkdə ənənəvi tədrislə bağlı qərar verilə bilər”, - o, vurğulayıb/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi