13-12-2013 [16:50]
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: "Mən, Hüseynov Rahib Zahid oğlu AXCP Gənclər təşkilatının üzvü, Azərbaycan Respublikası CM-in 234.4.3 maddəsi ilə təqsirləndirilərək həbs olunmuşam. Sizə ünvanladığım bu məktubda Vətənimə və millətimə qarşı bilməyərəkdən atdığım səhv bir addıma görə hədsiz dərəcədə peşman olduğumu və səmimi etiraflarımı bildirmək istəyirəm.
Əvvəlcədən qeyd etmək istəyirəm ki, ailəliyəm, 4 və 5 yaşlarında iki qız övladlarım var. Artıq 5 aya yaxındır ki, Bakı İstintaq Təcridxanasında cəza çəkirəm və bu müddət ərzində atdığım addımın nə dərəcədə səhv olduğunu yetərincə anlamışam. Buna görə məni bir an belə rahat buraxmayan vicdan əzabından qurtulmaq üçün etdiyim səhvi Vətənim və millətim qarşısında, eyni zamanda dövlətimizin bütün dünyada təmsilçisi kimi Sizin qarşınızda etiraf etməkdən daha düzgün bir yol görmürəm. Mən üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası özünün maddi və siyasi mənafeyi üçün mənim siyasi təcrübəsizliyimdən sui-istifadə edib, məndən yararlanaraq özlərinə divident qazanıblar. Bu cür siyasi qurumlar müxalif simalar məndən və mənim kimi təcrübəsiz insanlardan beynəlxalq arenada ölkəmizə və Vətənimizə təzyiq göstərmək üçün bir alət kimi istifadə ediblər. Mən cəza çəkdiyim müddətdə aldandığımı, etdiyim səhvin həyat təcrübəmin azlığının nəticəsi olduğunu artıq başa düşmüşəm və özümü tam islah olunmuş hesab edirəm. Mən AXCP-nin lideri Əli Kərimliyə səslənərək mən və mənim kimi yüzlərlə, minlərlə gənclərin beynini radikal düşüncələrlə doldurub Vətənimizə, millətimizə, Prezidentimizə qarşı səhv addımlar atmağa vadar etmək fikrindən daşınmağa çağırıram. Əli Kərimli və tərəfdarları düşünməlidirlər ki, bu gün biz gənclər onların utopik ideyalarının qurbanlarına çevrilərək, həbsxanalarda çürümək əvəzinə azadlıqda olub, düşmən tapdağı altında qalan torpağımızın azadlığı uğrunda çalışan Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşib, bu işdə ona böyük dəstək olmalı və xalqımızın xoşbəxt gələcəyi haqqında düşünməliyik. Mən bu cür utopik çağırışlara uyub, həbsxanalara düşən bütün gəncləri bu düzgün əqidə ətrafında birləşməyə, bir daha belə səhv addımlar atmamağa və Vətənə vicdanla, sədaqətlə xidmət etməyə çağırıram.
Cəvab Prezident! Deyirlər insan səhvlər üzərində öyrənir. Mən də bu müddət ərzində azadlığın nə qədər dəyərli olduğunu və Sizin köməyinizə ehtiyacım olduğunu hiss edərək ailəmin və övladlarımın mənə olan ehtiyacını anladım, Ümummilli Liderimizin və Sizin xalqımızın azadlığı naminə dövlətimizin siyasi və iqtisadi inkişafı uğrunda çəkdiyiniz əziyyətləri düzgün qiymətləndirə bilmədiyim üçün dərin xəcalət hissi keçirirəm. Bütün bunları düşünərək məni Vətənim, xalqım, millətim qarşısında səhv addım atmağa vadar edən üzvü olduğum partiyadan qəti surətdə imtina edirəm və bu qərarımı bundan sonra Sizin rəhbərliyiniz altında xalqıma daha da vicdanla xidmət etmək üçün ailəmin və övladlarımın xoşbəxt gələcəyi naminə qəbul etdiyim ən düzgün və məqsədəuyğun qərar hesab edirəm. Qeyd etmək istəyirəm ki, mən bu ərizəni heç bir kənar təzyiq olmadan öz vicdanımın səsinə qulaq asaraq yazmışam.
Cənab Prezident! Bağışlamaq böyüklükdür və böyüklərə xas olan xüsusiyyətdir. Mən də Vətənimə qarşı atdığım səhv addıma görə özümü günahkar sayıram və böyük ümidlərlə göydə Allahın və yerdə Sizin böyüklüyünüzə dayanaraq dərin kəramət sahibi hesab etdiyim üçün məni bağışlamağınızı xahiş edirəm”.
Penitensiar xidmətdən o da bildirilib ki, müraciət aidiyyəti üzrə göndərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi