Sevil Əliyeva "Space"dəki vəziyyətdən danışdı, maraqlı mesajlar verdi: "Vaqif Mustafayev istefa verməyib, onu mən azad etdim, çünki..."
06-02-2021 [16:09]
Ötən gün Azərbaycan KİV-i 2006-cı ildən Space telekanalına rəhbərlik edən tanınmış sənədli kino rejissoru Vaqif Mustafayevin istefaya getməsi barədə məlumat yayıb.
Mia.az xəbər verir ki, Virtualaz.org telekanalın təsisçisi, ümummilli lider Heydər Əliyevin qızı Sevil xanım Əliyevadan, çoxillik rəhbərinin populyar telekanaldan hansı səbəbdən getməsinə aydınlıq gətirməsini xahiş edib.
Hər şeydən əvvəl, Sevil xanım Azərbaycan mətbuatında gedən məlumatın tam doğru olmadığını bildirib. Qeyd edib ki, V.Mustafayev kanaldan özü çıxmayıb, təsisçi kimi şəxsən onun tərəfindən tutduğu vəzifədən azad edilib.
"Məsələ ondadır ki, Space-in fəaliyyəti, onun təqdim etdiyi kontent ciddi narahatlıq doğururdu. Mən əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirdim və etiraf etməyə məcbur oldum ki, çoxsaylı irad, kəskin tənqid, bəzən də KİV səhifələrində peyda olan məsələlər tamamilə əsaslıdır.
Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi həddindən artıq aşağı olub. Son illərdə qeyri-peşəkarlıqdan, onun məhsullarının keyfiyyətinin aşağı olmasından hiddətlənən televiziya tamaşaçıların rəyi ilə tam şərikəm.
Mən yaratdığım zaman onu belə görmürdim. Bütün bunlar Vaqif Mustafayevin Space rəhbəri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul etməyə məcbur etdi. Digər tərəfdən, kanal rəhbərlərinin özlərini telekanalların prezidenti adlandırması məni bir qədər incidir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz", - deyə Sevil xanım bəzi məqamlara aydınlıq gətirib.
Eyni zamanda, Sevil Əliyeva vurğulayıb ki, bu qərar ümummilli lider Heydər Əliyev haqqında bir sıra sənədli filmlər də daxil olmaqla, mükəmməl əsərlər yaratmış istedadlı sənədli film rejissoru kimi V.Mustafayevin xidmətlərini azaltmır:
“Hələ də cənab Mustafayevə bir insan kimi hörmət edir və onu yaradıcı şəxs kimi qiymətləndirirəm. Çox təəssüf ki, onun atam barəsində olan "İnsanları xilas etməyə gedirəm" adlı əla bədii filmi vaxtilə Azərbaycan məmurları tərəfindən tamamilə haqsız olaraq "brak" edildi.
Halbuki məhz bu əsərdə Vaqif Mustafayev ümummilli lideri siyasətçi, dövlət məmuru deyil, sadəcə, insan kimi göstərmişdi. Ümidvaram ki, indi - ölkənin ideoloji siyasətinə cavabdeh olan məmurlar dəyişəndən sonra geniş ictimaiyyət nəhayət, bu əsərlə tanış olacaq.
Yeri gəlmişkən, mən filmin müəlliflərinə məsləhətlər verirdim, məsələn, Heydər Əliyeviç yalnız göy və boz kostyumlar geyinirdi, qara rəngi sevmirdi, bizim evdə interyerin çox isti, rahat olduğu və s. barədə təfərrüatları dəqiqləşdirirdim. Bu filmdə ən yaxşı rus aktyorları iştirak etmişdilər. Əminəm, Vaqif Mustafayevin Heydər Əliyev haqqında gördüyü işləri gənclərə göstərmək lazımdır ki, gələcək nəsillər müstəqil Azərbaycanı yaradanın necə insan olduğunu bilsinlər”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi