Lavrov Borrellə görüşdə Avropaya şərt qoydu: “Moskva və Brüssel postsovet məkanı ilə bağlı razılığa gəlməlidir”
05-02-2021 [15:50]
“Rusiya və Avropa İttifaqı (Aİ) dialoq üçün kanalların dəstəklənməsində və genişlənməsinə maraqlıdır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.
“Hər iki tərəf dialoq kanallarının genişlənməsində maraqlıdır, o cümlədən mövqelərimizin üst-üstə düşmədiyi məsələlərdə... Ümid edirik ki, Aİ-nin mart ayında keçiriləcək sammitində Brüssellə Moskva arasında konstruktiv əməkdaşlığın xeyrinə seçim ediləcək”, - deyə S. Lavrov vurğulayıb.
Rusiya XİN başçısı qeyd edib ki, Moskva və Brüssel heç nədən asılı olmayaraq siyasi dialoqun davam etdirilməsini istəyir: “Biz siyasi dialoqu davam etdirmək arzusundayıq. Bugünkü danışıqlarda bir sıra perspektivli istiqamətlər üzrə əməkdaşlığın inkişafını müzakirə etdik. Rusiya və Aİ pandemiya dövründə dezinformasiyalar haqqında qarşılıqlı narahatlığın müzakirə olunmasına imkan verən kanalın yaradılması barədə razılaşmalıdırlar. Avropa İttifaqında bir sıra qüvvələr pandemiya mövzusundan istifadə edərək Rusiyanı dezinformasiyada ittiham edirlər. Əgər biz həqiqətən bu informasiya müharibəsinin qarşısını almaq istəyiriksə, onda Aİ ilə peşəkar səviyyədə bu dezinformasiyaların qarşısını almaq üçün daha bir kanalın yaradılması barədə razılaşmalıyıq”.
Rusiyalı nazirin sözlərinə görə, Moskva və Brüssel postsovet məkanında suveren dövlətlərin daxili işlərinə qarışmamağa əsaslanan prinsiplər barədə razılığa gəlməlidirlər: “Düşünürəm ki, istər postsovet məkanında, istər Qərbi Balkanlarda, istərsə də başqa bir yerdə suveren dövlətlərin daxili işlərinə qarışmamaq barədə öhdəlikləri özündə birləşdirən prinsiplər barədə razılığa gəlmək lazımdır”.
S. Lavrov İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planından da danışıb: “Biz Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində işimizi davam etdirəcəyik. İndi kritik an gəlir”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi