Samirə İsmayılovaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib - FOTO
04-02-2021 [19:02]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Samirə Burcalı qızı İsmayılovaya vəsiqə və medalın təqdim edilməsi ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
Mia.az-ın məlumatına görə, tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli 1476 saylı Sərəncamı ilə 23 iyunun ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi təsis edilməsi Dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Hər il Ölkə başçısı tərəfindən uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərən və öz vəzifəsini ləyaqətlə yerinə yetirən bir qisim dövlət qulluçusu müxtəlif orden və medallarla təltif edilir. Şəhərimizdə də dövlət qulluqçularının əməyinə yüksək qiymət verilir. Təkcə şəhər İcra Hakimiyyətində çalışan 10 nəfərdən artıq dövlət qulluqçusu son illərdə müxtəlif orden və medallarla təltif edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abassov Ölkə başçısının 23 iyun 2020-ci il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Şirvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılovanı təbrik edərək, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb. S.İsmayılovanın işində daim məsuliyyətli olduğunu, peşəsinə diqqət və həssasıqla yanaşdığını vurğulayıb. İcra başçısı qeyd edib ki, dövlət qulluğunda çalışmaq şərəfdir, dövlət qulluqçuları arasında fərqlənmək isə daha böyük qürur hissi yaradır.
Sonra İlqar Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalını və vəsiqəsini Samirə İsmayılovaya təntənəli surətdə təqdim edib. Çıxış edən dövlət qulluqçusu Samirə İsmayılova dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, əməyinə verilən yüksək qiymətə görə çox böyük sevinc hissi keçirdiyini və qürur duyduğunu qeyd edib. Təqdim olunan medalın İcra Hakimiyyətinin kollektivinin birgə əməyinə verilən qiymət kimi dəyərləndirib. Ona göstərilən etimadı doğruldacağına, həmişə olduğu kimi bundan sonra da dövlətə və dövlətçiliyə vicdanla, məsuliyyətlə və ləyaqətlə xidmət edəcəyinə söz verib.
Qeyd edək ki, Samirə Burcalı qızı İsmayılova 2001-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 24 oktyabr 2001-ci ildən Şirvan Şəhər İcra Hakimiyyətində böyük inspektor, 17 iyun 2003-cü ildən İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində böyük məsləhətçi işləyib. 1 iyul 2012-ci ildən İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində çalışır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi