Milli Məclisdə ölkədəki vəziyyətlə bağlı dinləmə keçirilib
04-02-2021 [18:54]
Fevralın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib.
Mia.az Milli Məclisə istinadla xəbər verir ki, dinləməyə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədr müavini Fəzail İbrahimli, deputatlar, Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri qatılıblar.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, koronavirus infeksiyasının mövcudluğu dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də hər kəsi narahat edir. Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan bu tədbirin məqsədi ölkəmizdə pandemiya şəraitində ümumi vəziyyətin, həyata keçirilən mübarizə tədbirlərinin müzakirə edilməsidir. Əhliman Əmiraslanov qeyd edib ki, COVİD-19 infeksiyasının qarşısının alınması və təhlükəsiz idarə olunması dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ötən il Azərbaycanda bununla bağlı böyük işlər görülüb.
Komitə sədri məsələ ilə əlaqədar qanunvericilikdə müəyyən dəyişikliklər həyata keçirildiyini diqqətə çatdırıb. Bu gün koronavirusla bağlı vəziyyətin stabil olduğunu, yoluxma ilə azalma arasında ciddi fərqin olmadığını bildirən komitə sədri vurğulayıb ki, heç bir şəkildə arxayınlaşmaq və profilaktik müdafiə tədbirlərini zəiflətmək olmaz.
Onlayn iclasda İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində icbari tibbi sığortanın vacib element olduğunu diqqətə çatdırıb. O, 2020-ci ildə Azərbaycanda icbari tibbi siğortanın həyata keçirilməsinin gedişatı ilə bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, ötən il 23 rayonda icbari tibbi sığorta tətbiq edilib, tibbi xidmətlər zərfində nəzərdə tutulan xidmətlərdən həmin rayonların əhalisinin təqribən 50 faizi istifadə edə bilib. Zaur Əliyev əhalinin göstərilən xidmətlərdən çox məmnun qaldığını da vurğulayıb.
Sonra İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova icbari tibbi sığorta haqqında qanunvericiliyə təklif edilməsi nəzərdə tutulan dəyişikliklərdən danışıb.
Onlayn dinləmədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı çıxış edərək qurumun pandemiya dövründə gördüyü işlər, xəstəliyin müəyyən olunması, müalicənin aparılması, infeksion nəzarət və izolyasiya, icra, koordinasiya və nəzarət qruplarının fəaliyyəti, vaksinasiya prosesi barədə ətraflı məlumat verib.
TƏBİB rəhbəri çıxışında bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi, sərhəd-buraxılış məntəqələrində prosesin idarə olunması, xəstələrə psixoloji dəstək xidmətləri, beynəlxalq əməkdaşlıq məsələlərindən geniş söhbət açıb. Bildirilib ki, pandemiya dövründə ölkəmizdə çarpayı fondu 2046 olan 12 yeni Modul tipli xəstəxana, çarpayı fondu 570 olan Yeni Klinika istifadəyə verilib. Ötən il ərzində tibb müəssisələri 4474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib. COVID-19-la mübarizə məqsədilə ÜST, UNICEF, AEBA, AİB kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqlar qurulub, çoxsaylı ortaq layihələr həyata keçirilib.
Dinləmələrdə çıxış edən Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Məlahət İbrahimqızı, İlham Məmmədov, Mahir Abbaszadə, Məşhur Məmmədov, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev virusla mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib, bu tədbirlərin virusun qarşısının alınmasında böyük rol oynadığını bildiriblər. Hər bir çıxışda dövlət rəhbərliyinə minnətdarlıq ifadə edilib. Qeyd edilib ki, yoluxma sayının azalması infeksiyanın tamamilə yox olması demək deyil və bu, insanları arxayınlaşdırmamalıdır.
Onlayn toplantıda millət vəkillərini maraqlandıran suallara aydınlıq gətirilib.
Dinləmədə deputatlardan Ziyad Səmədzadə, Rəşad Mahmudov, Ülvi Quliyev, Vüqar Bayramov, Rüfət Quliyev, İqbal Məmmədov, Anatoliy Rafailov, Soltan Məmmədov, Kəmaləddin Qafarov, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdir əvəzi Teymur Musayev iştirak ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi