Yol polisindən avtobus və taksi sürücülərinə - Xəbərdarlıq
04-02-2021 [16:32]
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) ictimai nəqliyyat vasitələrinin (avtobus və taksi) sürücülərinə müraciət edib.
BŞDYPİ-nin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirtmək lazımdır.
“Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində "Taksi" tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, sürücünün adı, soyadı, fotoşəkili və daşıyıcının adı, ünvanı, telefon nömrəsi barədə məlumat lövhəsi yerləşdirilməlidir. Taksi sürücüləri sərnişinləri düşürən zaman dayanma durma qadağan olunmayan yerdə dayanmalı, sifariş gözləyərkən isə 5.14 nişanı ilə işarələnmiş taksi duracaqlarında durmalıdırlar. Taksi duracağı ilə işarələnməmiş yerdə dayanıb sifariş gözləmək qanunvericiliklə qadağandır. O cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər bu tələblərlə yanaşı sərnişin daşıma üçün xüsusi icazə sənədinin də (fərqlənmə nişanının) qaydasında olmasına nəzarət etməlidir”, - deyə V. Əsədov vurğulayıb.
Şöbə rəisi avtobus sürücülərinə də müraciət edib. O bildirib ki, sərnişinlərin daşınması və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə avtobuslar yalnız xüsusi ayrılmış dayanacaqlarda dayansınlar: “Yolun hərəkət hissəsinin ikinci cərgəsində avtobusun saxlanılması təbii ki, yolun daralmasına və arxadan hərəkət edən avtomobil sürücülərinin hərəkətinə maneə yaradır. Ona görə də hərəkət iştirakçılarına maneə yaratmamaq üçün qanunvericiliyin tələblərinə riayət etmək lazımdır. Avtobus sürücüsünün dayanacaqdan kənarda dayanmasına, sərnişinlərlə birgə yanacaq doldurma məntəqəsinə daxil olmasına görə, o cümlədən taksi sürücüləri işarələnmiş taksi duracaqlarından kənarda sifariş qəbul etməsinə və fərqlənmə nişanı olmadan sərnişin daşımasına görə məsuliyyətə cəlb ediləcəklər”.
V. Əsədov onu da qeyd edib ki, 2021-ci il yanvar ayının 1-dən bu günə kimi taksi fəaliyyəti ilə məşğul olan sürücülər qarşısında qoyulmuş tələbləri pozan yüzdən artıq sürücü aşkarlanaraq məsuliyyətə cəlb edilib. Eyni zamanda bu ay ərzində səksənə yaxın avtobus sürücüsü barədə də inzibati tənbeh tədbirləri görülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi