Ekspertdən "Azəriqaz" "Azərişıq", "Azərsu" rəhbərlərinə ittiham: "Qohumbazlıq, tanışbazlıq, tapşırıqla işə götürmək və..."
04-02-2021 [15:29]
"Bu ilin yay ayında qazın qiymətinin qalxması gözlənilir".
Mia.az-ın məlumatına görə, bu fikirləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib.
Ekspert qeyd edib ki, bunun səbəbi odur ki, "Azəriqaz" özü dövlətə yük olub və dotasiya ilə işləyir: "Bundan başqa, işığın qiymətində də artım gözlənilir. Çünki suyun və yanacağın qiymətinin artması digər kommunal xərclərin də qalxmasına sirayət edib. Bu ilin əvvəlində qazın qiymətinin artması ilə bağlı "Azəriqaz" Tarif Şurasına müraciət edib".
R.Qarayev təəssüf hissi ilə qeyd edib ki, bizdə elmi institutlar sadəcə formal xarakter daşıyır:
"Ölkədə audit yoxlamaları ciddi aparılmır. Qiymətin qalxmasına müəyyən amillər təsir etməlidir. Hazırda sadalanan amillərin təhlili üçün iqtisadçı olmağa dəyməz. Yəni adi bir vətəndaş öz düşüncəsi ilə bu məsələni təhlil edə bilər.
Digər təəssüfedici məqam odur ki, nə qədər nəzarətedici orqanlar yaransa da, onların fəaliyyəti istənilən səviyyədə deyil. Səbəbin biri də, qohumbazlıq, tanışbazlıq, tapşırıqla işə götürmək və ya işə götürülən kənar adamların yuxarı vəzifəli şəxs tərəfindən idarə olunmasıdır.
Bu baxımdan bütün yük düşür əhalinin cibinə. Qiymət artımı ilə bağlı danışıqların nədən qaynaqlandığına baxanda, adamı gülmək tutur. Bir faktı qeyd edəcəm və bundan kənara çıxmayacam.
Deməli, Sabirabadda olan kəndlərə-Ulacalı, Bulduq səfər edilir. Müəyyən olunur ki, işıq dirəkləri əvəzinə yerdə ağaclar dirək kimi basdırılıb və kəndin bəzi yerlərinə bu formada xətlər çəkilib.
Hətta sayğac belə, həmin dirəyin üstündə qoyulub. Bu barədə hətta məqalədə yazılır və rayon İcra Hakimiyyətinin qəzeti olan "Muğanın səsi" qəzetində işıqlandırılır.
Məqalə isə göndərilir "Azərişıq"a və "Azərenerji"yə. Bir müddətdən sonra yerli elektrik şəbəkəsi də gəlib qəzeti götürür və məktub yazırlar ki, baxılacaq. Sonra zəng olunur ki, qeyd etdiyiniz məsələ öz həllini tapmasa nə edəcəksiniz? Müəyyən müddətdən sonra həmin kəndlərə yenə səfər olunur. Dəyişəcək heç bir şey olmur.
Yenidən məqalə yazılaraq, şəkillər qəzetdə yerləşdirilir. Sonda yenə heç bir iş görülmür. "Azərenerji" və "Azərişıq"dan kəndə bir nümayəndə belə gəlib məsələ ilə maraqlanmır.
Halbuki, "Azərişıq" və "Azərenerji"nin hesabatlarında hər şeyin yaxşı olduğu qeyd olunur. Belə faktlar "Azərsu"da, o cümlədən digər kommunal xidmət göstərən təşkilatlarda var".
Ekspert əlavə edib ki, həmin təşkilatlarda ciddi yoxlamalar aparılsa və rəhbərliyin özü cəzalandırılsa müsbətə doğru dəyişikliklər olar: "Hesab edirəm ki, elmi tədqiqat institutları lazımi formada işləsə, o cümlədən iqtisadçıların fikri, əhali arasında qiymət artırılmamışdan öncə hər hansısa sorğu aparılarsa, nəticə qiymət artımı ilə yox, azalması ilə müşahidə olunar".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi