ADA Universitetinin 53 tələbəsi yaz semestrində xarici universitetlərdə təhsil alacaq
04-02-2021 [11:59]
ADA Universitetinin 53 bakalavr tələbəsi ixtisasları üzrə mübadilə proqramında iştirak edərək, yaz semestrində 15 müxtəlif ölkədə yerləşən universitetlərdə təhsil alacaqlar.
ADA-dan Mia.az-a verilən məlumata görə, onların təhsil alacaqları universitetlər siyahısına İtaliya, Fransa, Almaniya, Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Macarıstan, Çexiya və digər ölkələrin ADA Universiteti ilə tədris mübadiləsi haqqında anlaşma memorandumu imzalamış 21 universiteti daxildir.
Biznes fakültəsinin 21, Beynəlxalq Münasibətlər fakültəsinin 16, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin 16 tələbəsi təhsil mübadiləsindən faydalanacaq tələbələr sırasındadır. Tələbələrdən 13-ü Erasmus+ proqramı təqaüdçüsüdür. Onlar müvafiq akademik göstəricilər nümayiş etdirməklə və seçim mərhələsindən keçməklə mübadilə proqramına seçiliblər.
Tədris mübadiləsi imkanından yararlanan ADA tələbəsi Murad Qasımzadə İtaliyanın Ka' Foskari Universitetində təhsil almaqla yeni bilik, bacarıq və mədəni dəyərlər əldə edəcəyinə, özünü daha da inkişaf etdirəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, ötən il 13 yeni universitetlə təhsil sahəsində razılaşma imzalayan ADA Universitetinin beynəlxalq akademik tərəfdaşlarının ümumi sayı hazırda 98-dir. Tələbələrin beynəlxalq təhsil mühitində təcrübə qazanmalarını dəstəkləyən Universitet bu il də akademik tərəfdaşların sayını artırmağı planlaşdırır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi