İlham Əliyev ehsan verdi - FOTO

img

12-12-2013 [19:43]


Bu gün İlham Əliyevin adından ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verilib.

Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki,  mərasimdə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkəmizin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri mərasimdə iştirak ediblər.

Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

 Dövlət başçısı mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışıb.

 Sonra ehsan süfrəsi açılıb.

 Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA