PA rəsmisi Rusiya mətbuatında: "Bu işlərdə Rusiya nümayəndələri “moderatorluq” edib və edirlər" - "Sülhməramlıların burada olması sırf müvəqqəti tədbirdir"
03-02-2021 [17:23]
“Ağdamda işğalçılar hər şeyi, o cümlədən teatrı, nadir Çörək Muzeyini, məktəbləri, xəstəxanaları dağıdıb yerlə yeksan ediblər. Yalnız şəhər məscidi salamat qalıb, çünki hündür minarələr artilleriya və təyyarə hücumları zamanı nişan almaq üçün əlverişlidir. Məscid binasında mal-qara, donuz saxlayırdılar”.
Bu fikirlər Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun Rusiyanın “Komsomolskaya Pravda” qəzetindəki məqaləsində yer alır.
“Şuşada böyük şairimiz, Qarabağ xanının vəziri Vaqifin məqbərəsi dağıdılıb. O vaxt İkinci Yekaterinanın səfiri ilə Vaqif danışıqlar aparıb. Amma bütün bunlara baxmayaraq, Azərbaycanda iki xalq arasında sülhə alternativ olmadığına şübhə etmirlər. Hamımız, azərbaycanlılar da, ermənilər də, üçüncü ölkələrin də nümayəndələri bu nifrət və dözümsüzlük carçılarının öz xalqlarına qarşı nə qədər ağır cinayət işlədiklərini çoxdan dərk etməliyik”, - müəllif qeyd edir.
“SSRİ-də, yaxud Rusiyada 1992-ci ilədək nəşr olunmuş xəritələrin heç birində “Şuşi” adı tapa bilməzsiniz. O şəhərin adı Şuşadır. “Şuşi” adı isə Ermənistan tərəfindən işğal olunandan sonra süni şəkildə qondarılıb. Eynilə Füzulini “Vərəndə”yə, Laçını “Berdzor”a, Zabux kəndini “Ağavno”ya və s. döndərdikləri kimi. Dəqiqləşdirməli olan başqa bir məsələ bu fikirlərdə ifadə olunub: “Müharibənin daha bir mənfi nəticəsi... Ermənistanın Sunik vilayətidir. Baş nazir Nikol Paşinyan Ermənistanın beynəlxalq miqyasda tanınan sərhədlərindən bir millimetr də kənara çıxmadıqlarını bildirsə də, vilayətin bəzi kəndlərində peyda olan azərbaycanlılar GPS-i əsas göstərərək həmin yerlərin öz əraziləri olduğunu deyirlər”. Bəli, həmin bölgədə sərhədlərin dəqiqləşdirilməsi işləri görülür, bunu xatırlatmalıyam. Bu zaman SSRİ dövrünün xəritələri və GPS göstəriciləri əsas götürülür. Həm də bu işlərdə Rusiya nümayəndələri “moderatorluq” edib və edirlər. Amma burada başqa bir xoşagəlməz məqam da var. Hələ 1992-1993-cü illərdə Azərbaycanın Sunik vilayətilə qonşu olan rayonları Ermənistan tərəfindən işğal olundu, yəni sərhədi zor gücü ilə Azərbaycan ərazisinə doğru yüz kilometrdən çox irəli köçürtdülər. Jurnalistin söhbət etdiyi sakinlər də azərbaycanlıların qovulduğu “özgə” evlərə köçdüklərini, özgə ərazidə ev tikdiklərini, yol çəkdiklərini, bağ-bostan saldıqlarını, bütün bunların qanunla kimə məxsus olmasını isə çox da düşünüb-daşınmadıqlarını etiraf ediblər.
İndi də bu torpaqlar hərbi-siyasi yolla azad ediləndən sonra sərhədi müəyyənləşdirmək vaxtı gəldi. Bəli, ağır və zəhlətökən işdir, amma ölkəmizin beynəlxalq miqyasda tanınmış sərhədlərini bərpa etməyin başqa yolu yoxdur. Bu sərhədin hər iki tərəfində olan hamımız başa düşməliyik: sülhməramlıların burada olması sırf müvəqqəti tədbirdir. Biz isə qonşuluqda yaşamağı, bir-birimizə düşmən gözü ilə baxmamağı öyrənməliyik. Ən əsası da bu qıcıqlandırıcı ifadə tərzini kənara qoyub yaradıcı üslubu mənimsəməliyik”, - F.Axundov yazıb.
Məqalədə Azərbaycanlılarla ermənilərin əsrlərlə yanaşı yaşadıqları, bundan sonra da həm Azərbaycanda və Ermənistanda, həm də qonşu ölkələr - Gürcüstanda, İranda, Türkiyədə və Rusiyada yanaşı yaşayacaqları vurğulanır: “Bu iki xalqın uzlaşmazlığı barədə danışanlar qoy hələ də qurulmağa davam edən saysız-hesabsız qarışıq ailələrə diqqət yetirsinlər”/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi