"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt" xidmətinə 6 657 müraciət daxil olub
03-02-2021 [15:52]
“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti koronavirus pandemiyasının (COVİD-2019) nəticəsi olaraq elan edilmiş qlobal sağlamlıq böhranı dövründə gücləndirilmiş iş rejimində çalışaraq ötən il 6 657 uşağa yardım edib.
Mia.az xəbər verir ki, on ildən artıqdır ki, fəaliyyət göstərən “Uşaq Qaynar Xətti” müxtəlif təzyiqlə üzləşən, hüquqları pozulan uşaq və yeniyetmələrə dəstək olub onları psixoloji və fiziki travmalardan qorumağa çalışır. Xidmətin əməkdaşları uşaqlara və övladları ilə bağlı müəyyən problem yaşayan ailələrə həm sosial xidmət göstərir, həm də hüquqi və psixoloji yardım edir.
Qaynar Xəttə daxil olan müraciətlər müxtəlif sahələri əhatə edən sual və problemlər ilə bağlı olur. Ötən il zənglərin bir çox hissəsi – 3 602 müraciət təhsil sahəsi ilə əlaqədar olub. Xidmətə hüquqi sahə ilə bağlı 909, psixoloji problemlərlə bağlı 668, sosial sahəyə aid 501, səhiyyə sahəsi ilə bağlı 388 müraciət daxil olub. Zənglərdən 589-u digər sahələrə aiddir.
Qeyd edək ki, 2020-ci ildə xidmətə müraciət edən qızların sayı üstünlük təşkil edib ki, zənglərin 3 494-ü qızlardan, 3129-u isə oğlanlardan daxil olub. Bu müraciətlərdən 5 499-u 18 yaşdan yuxarı, 1 124-ü isə 18 yaşdan kiçik vətəndaşlar tərəfindən daxil olub. Həmçinin 2020-ci il ərzində 34 anonim zəng qeydə alınıb.
Azyaşlı uşaqlarla bağlı zənglərin əksəriyyəti əvvəlki illərdə olduğu kimi yenə də əksər hallarda hüquqi problemlərlə əlaqədar olub. Bura boşanan valideynlərin övladlarını görməkdə çətinlik çəkməsi, uşaqlarda yaranan psixoloji problemlər və digər məsələlər daxildir.
2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq böyüklərlə yanaşı, azyaşlı və yeniyetmələrdə də bir sıra psixoloji problemlər yaranıb. Daxil olan müraciətlərin əksəriyyəti pandemiyanın yaratdığı gərginlik və fobiyalar, eləcə də onlayn təhsil ilə bağlı olub. Müraciət edənlərə əsasən telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac yarandığı təqdirdə isə karantin qaydalarına uyğun olaraq, fərdi və qrup terapiyaları həyata keçirilib.
Ötən ilin sonunda yaşadığımız Vətən müharibəsi ilə bağlı da “Uşaq Qaynar Xətt” xidmətinə bir çox müraciətlər daxil olub. Xüsusilə regionlardan – Ağdam və Gəncə bölgələrindən evlərini itirən, yaxınlarını itirmə qorxusu yaşayan, stress və travmaya məruz qalan uşaqlarla uğurlu reabilitasiya işləri aparılıb.
İl ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə paytaxt Bakı daxil olmaqla, ölkəmizin müxtəlif bölgələrindən müraciət edilib. Xidmətə Ağdam, Ağdaş, Zərdab, Goranboy, Göyçay, Şəki, Şamaxı, Gəncə, Qazax, Tovuz da daxil olmaqla 44 rayondan zənglər daxil olub. Hətta Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımız da müəyyən problemlərlə bağlı xidmətə müraciət ediblər. Bunların sırasında Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Almaniya və Özbəkistandan daxil olan müraciətləri qeyd etmək olar.
Qeyd edək ki, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan və “Azercell Telekom” MMC-nin dəstəyi ilə vətəndaşlara xidmət edən “Uşaq Qaynar Xətti” fəaliyyət dövrü ərzində 48007 müraciət cavablayıb. Mərkəzə daxil olan bütün müraciətlər məsləhətçi-hüquqşünas, psixoloq və sosial işçilər tərəfindən dinlənilir. Zəng edənlərə lazımi məsləhətlər verilir, ehtiyac yarandıqda onlar Uşaq Hüquqları Klinikasına yönləndirilir. Daxil olan müraciətlərin birbaşa xidmət çərçivəsində həll edilməsi mümkün olmadığı hallarda, Qaynar Xətt əməkdaşları müvafiq dövlət qurumları və QHT-lərlə birgə araşdırma aparırlar.
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, (+994 50( 680 22 80, (+994 51) 580 22 80, (+994 51) 880 11 80, (+994 51) 880 22 80 mobil nömrələri, elektron poçt, “Facebook” və “Instagram” sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi