QƏLƏBƏ RÜTBƏLİ TOĞRUL...
03-02-2021 [15:30]
Elə bilirsiniz asandır şəhid valideyni ilə üz-üzə əyləşmək, göz nuru, ürək parası olan balası haqqənda söz soruşmaq”?.. Elə çətindir ki... Çiynində ağır yük apararsan, daş daşıyarsan, yorulmazsan, amma bir şəhid anasının, şəhid atasının baxışlarından süzülən ağrıya gücün yetməz. Təsəllin də kara gəlməsə onda bitmisən demək... Amma hamımızın söykəndiyimiz bir məqam var ki. o da Vətəndir, torpaqdır, bax onda bir az özünə də, sözünə də güvəncli olursan...
Məmmədzadə Toğrul Pərviz oğlunun atası ilə üzbəüz əyləşmişəm. Qaratəpə kəndi Birinci Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olan Milli Qəhrəman Əhmədov Mübariz Əlizadə oğlu kimi igid yetişdirən kənddir, Toğrul da elə bu kəndin balası idi. O qədər eşitmişdi ki, belə oğulların haqında, özü də vətən sevgisiylə böyümüş, həmin hisslər qanına hopmuşdu onun...
Pərviz sözü üzə deyən adama oxşayır, düzdür, əvvəllər onu tanımamışam, amma danışdıqca bu qənaətə gəlirəm, adam hər şeyin dəyərini olduğu kimi verir, ağa ağ, qaraya da qara deməyi bacarır... Həyat yoldaşı, Pərvizi bu dünyaya bəxş edən ana Ruhəngiz xanım dörd yaşından sonra keçirdiyi xəstəlik nəticəsində eşitmə və nitq qabiliyyətini itirsə də baxışından, dodaqlarının tərpənişindən başa düşür hər şeyi. Qonşu olublar, elə gözləri tutub, özləri seçib bir-birini, qurduqları ailə də uzunömürlü olub. Zərif və həssas qadın ərinin qəlbində bircə sətir belə boşluq buraxmayıb... Eşq olsun sənə, Azərbaycan qadını!
Ailəyə uç gözəl qız baladan sonra bir oğul sevinci də yaşamaq qismət olub, 2001-ci ilin oktyabr ayının 1-də dünyaya gəlib Toğrul. Qaratəpə kənd tam orta məktəbini bitirərək Orta ixtisas kollecinə daxil olub, mədəniyyət işçisi olacaqdı əgər yaşasaydı... Amma 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılaraq vətən qarşısında ilk borcunu verməyə yollanıb, Goranboy rayonu, Ballıqaya deyilən ərazidə yerləşən “N” saylı hərbi hissədə üç ay xidmət etdikdən sonra Ağdamdakı “N” saylı hərbi hissəyə köçürülmüşdür.
Müharibə başlayanda elə xidmət etdiyi hərbi hissədən cəbhəyə gedib və Tərtər rayonunun Suqovuşan və Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elə ağır döyüşlərin birində də şəhidlik məqamına yüksəlmişdir... 18 oktyabr 2020-ci ildə doğma kəndi olan Qaratəpə kənd qəbristanlığında dəfn olunmuşdur. Məmmədzadə Toğrul Pərviz oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Can verdiyin bu Vətən,
canımızda can yeri.
Tökülən hər damla qan,
millətin iman yeri.
Üçrəngli bayrağımız,
zəfər, hünər, şan yeri...
bizimkidir qələbə...
Mənim şəhid qardaşım!..(Ş.Ş)
Atası Pərviz özü də Birinci Qarabağ müharibəsi iştirakçısıdır və Ağdamda döyüşdüyü vaxtları yaxşı xatırlayır:
-Toğrul əvvəldən fərqli uşaq idi, həm elmə, həm dinimizə, həm də hərbi sahəyə bağlı idi. Qarabağın işğalı ilə barışa bilmir, bunun üçün başlanan müharibəni də haqq savaşı hesab edirdi. Müqəddəs kitabımız Quranı oxumağı öyrənmişdi, hərbçi olmaq idi arzusu, gələcək həyatını hərbsiz təsəvvür etmirdi.. Həmişə deyirdi ki, xidmət bitəndən sonra elə qalıb burada da işləmək istəyirəm. Amma qismət olmadı... Sonra dərindən köks ötürüb”Vətən yaşasın..” deyir.
Bayaqdan söhbətimizi diqqətlə və susqunluqla dinləyən Ruhəngiz xanım qəfildən kövrəlir, tez də əli ilə üzünü örtüb göz yaşlarını gizləməyə çalışır. Karantin qadağasını, pandemi qorxusunu unudub qolumu boynuna salıram, o da lal dinməz başını çiynimə qoyur...
Son danışıqları da elə Toğrulun sonuncu döyüşündən bir gün qabaq olub, yüksək əhval-ruhiyyədə, qələbəyə inamlı idi Toğrul, o bilirdi ki, Azərbaycan mütləq qalibdir! Bu döyüşlərdə yüksək həmrəylik nümayiş etdirən, bir olan xalqımız Qarabağı əsarətdə qoya bilməz. Səbirin də həddi vardı, müharibə isə o həddin tükəndiyinin sübutu idi...
El bir oldu və tarixi qələbə marşını yazdı. Azərbaycan döyüşkən xalq olduğunu, apardığı savaşın da haqq naminə aparıldığını sübut etdi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, müzəffər Ordumuzun rəşadətli xidməti sayəsində vətən tarixini yenidən yazmağa müvəffəq oldu. Hər bir əsgər bir ordu kimi yeridi düşmənin üzərinə və qələbə çaldı... Toğrul o günədək sıravi əsgər idi, amma indi onun özü də, rütbəsi də Qələbənin özüdür!.
Şahnaz Şahin,
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi