XİN-dən Avropa Parlamenti üzvlərinin Qarabağla bağlı bəyanatına reaksiya: "Bu, onların vəziyyətdən hələ də tam məlumatlı olmadıqlarını göstərir"
03-02-2021 [14:00]
"Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə birgə bəyanatın verilməsi AP üzvlərinin, ümumiyyətlə bölgədə sülh və əminamanlığın beynəlxalq hüququn təməl prinsipləri əsasında təmin olunması mövqeyindən çıxış etmələrinə rəğmən, bölgədə mövcud olan cari vəziyyətdən hələ də tam məlumatlı olmadıqlarını göstərir".
Mia.az xəbər verir ki, bunu bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva söyləyib.
Bildirilib ki, ilk növbədə AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, AP-nin öz qətnamələrində illərdir ki, beynəlxalq hüquq prinsipləri, həmçinin BMT TŞ qətnamələri əsasında həllinə çağırdığı Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub, Azərbaycan ərazi bütövlüyünü təmin edib və BMT TŞ-nin 1993-cü il tarixli müvafiq qətnamələrinin həyata keçirilməsini təkbaşına təmin edib:
"Başqa sözlə desək, AP üzvlərinin istinad etdiyi və dövlətlərarası münasibətlərin təməlini təşkil edən Helsinki Yekun Aktının sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipləri rəhbər tutulub.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla bölgədə yeni reallıq yaranıb. AP üzvlərinin sözügedən üçtərəfli bəyanatın bölgədə sabitliyin təmin olunmasına gətirdiyini qeyd etməsi təqdirəlayiqdir. Çünki hazırkı mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə tərəflər arasında etimadın qurulması üçün, məhz 10 noyabr tarixli üçtərəfli razılaşmanın icrası və bu istiqamətdə müvafiq addımların atılması vacibdir.
Azərbaycan tərəfi, öz növbəsində sözügedən razılaşmanın icrası üçün, o cümlədən humanitar məsələlərin həlli sahəsində bütün lazımi addımları atır, lakin Ermənistan tərəfinin imza atdığı bu bəyanata sadiqliyi sual doğurur. Yaxşı olardı ki, AP üzvləri Ermənistan tərəfinə hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanata imza atdıqdan az qala 20 gün sonra nə səbəbdən Azərbaycan ərazilərinə diversant qrupunu göndərdiyi ilə bağlı sual ünvanlayardı. Bəlkə o zaman AP üzvləri haqqında bəhs olunan Ermənistan hərbçilərinin heç də hərbi əsir deyil, atəşkəs elan olunduqdan sonra məqsədyönlü şəkildə Azərbaycan ərazilərinə göndərilmiş terrorçu diversant qrupunun üzvləri olduğunu anlayardı. Ümumiyyətlə, Ermənistanın atəşkəs elan olunduqdan sonra terror aktları törətmək məqsədilə əraziyə hərbi qulluqçılarını göndərməsi, bu ölkənin iştirakçısı olduğu Şərq Tərəfdaşlığının təməl prinsiplərinə və ümumilikdə Avropa dəyərlərinə hörmət etmədiyini açıq şəkildə nümayiş etdirir.
Mədəni irs məsələsinə gəldikdə isə, AP üzvlərinə yaxşı bəlli olmalıdır ki, Azərbaycanın onilliklərdir ki, işğal altında qalan ərazilərində Ermənistan tərəfinin apardığı qeyri-qanuni fəaliyyət nəticəsində bütün tarixi, mədəni və dini irs demək olar ki, məhv edilib, sözügedən abidələrin dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi ilə bağlı hərbi cinayətlərə bərabər fəaliyyət həyata keçirilib. Bu məsələ Azərbaycan tərəfindən davamlı şəkildə beynəlxalq platformalarda, o cümlədən Avropa İttifaqı institutları ilə təmaslarımız zamanı qaldırılsa da AP üzvlərinin bu günədək bu məsələ ilə bağlı bir dənə də olsun bəyanat verməməsi təəssüf doğurur. AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcəkdir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi