12-12-2013 [15:09]
İsmayıllı hadisələri ilə bağlı Şəki ağır cinayətlər məhkəməsində keçirilən prosesdə ilk dəfə vəkillərdən birinin vəsatəti qəbul edilib.
Söhbət İsmayıllı rayon polis şöbəsinin rəisi Nizami Qocayev, müavini Şöhrət Kərimov və hadisələr zamanı iştirak etmiş iki jurnalistin prosesə dəvət edilməsindən gedir. Bu məsələni məhkumların yaxınlarından bir çoxu razılıqla qarşılayıb.
Rayon ağsaqqallar birliyinin sədri Heybət Balayev deyir ki, bu qərarı alqışlayır: "Nəhayət ki ölkə məhkəmələrinin tarixində nadir rast gəlinən qərarlardan biri də qəbul olundu. Əgər ciddi şəkildə araşdırılsa və iradə ortaya qoyulsa, baş verənlər cəmiyyətə güzgü kimi görünəcək. Artıq hesab edirəm ki, bəziləri öz qazdığı quyuya özü düşəcək”.
Heybət Balayev deyir ki, onun özü də Şəki ağır cinayətlər məhkəməsinə teleqram vuraraq, prosesdə iştirak etməsini istəyib: "Biz nə vaxtdır bəyan edirik ki, günahsız insanlar məhbəsdə, günahkarlar isə azadlıqdadır. Burada hadisələri sakitləşdirmək istəyi olmayıb, məhz polis şərait yaradıb ki, olaylar məcrasından çıxsın, böyüsün, xaos yaransın. Orada beyni qızmış, əsəbləri gərilmiş cavanlar olub və qızışdırmalardan sonra moteli yandırıblar. Sonra da polis onları həbs etməyə başladı. Proseslərdən sonra beş yüzə yaxın adam polisə çağırılıb, onlardan pul alınıb. Adam var ki, iki oğluna görə 5 min pulu alınıb”.
Həbsdə olan Xəyal Şaranovun atası Sergey Şaranov: "Qərarı alqışlayıram. Mən demirəm ki, konkret kimsə günahkardır. Qoy həmin vaxtlarda hadisə yerində olan məmurlar, polislər, jurnalistlər məhkəməyə dəvət edilsinlər. Yaxşıca araşdırsınlar görək bu nə idi, kimlər bunu etdilər? Allah haqqı gedib-gələ bilmirik, imkansızlıqdır. Xəyalın bir yaşı tamam olmamış övladı var. Ailəmizin heç yerdən gəliri yoxdur. İndi özünüz təsəvvür edin də necə durumdayıq?! Üstəlik məhkəməni də oyun-oyuncağa çeviriblər”.
Polis rəisi və müavininin məhkəməyə çağırılmasının vəziyyəti dəyişməyəcəyini güman edənlər də var. Onlar düşünürlər ki, bu qərar mərkəzi hakimiyyətlə razılaşdırılıb və bir jesti xatırladır. Sonda məhkəmə yenə yuxarıdan gələn sifarişi əsas götürəcək.
Həbsdə olan Şakir Mustafayevin anası Əminə Mustafayeva da deyir ki, axırıncı prosesdən sonra baş verənlər onda məhkəməyə qarşı inamsızlıq yaradıb: "O üzdən heç nəyə inanmıram. Həmin prosesdə Tofiq Yaqublu dedi ki, bu hadisələr məmur övladlarının qudurğanlığı nəticəsində baş verib. Bu gün İsmayıllının mərd oğulları həbsdədir. Həmin an dövlət ittihamını müdafiə edən iki nəfər prokuror onun sözünü kəsdilər. Həmin an mən özümdən asılı olmayaraq yerimdən dedim ki, bunu prezidentimiz dedi, niyə belə reaksiya verirsiniz? İstəmirlər ki, məmurların övladları haqda nə isə ağır ifadələr işlədilsin.
Bütün ittihamlar yalan, saxta, qurma şeylərdir. Yazıblar ki, Səftər Ağamalıyevin rəhbərliyi ilə bu hadisələr həyata keçirilib. Onda Səftər Ağamalıyev indi də İsmayıllı cavanlarına müraciət eləsin ki, məhkəmənin binasını yandırın, yandıracaqlar? Bu sadəcə həyasızlıqdır, biabırçılıqdır. Görün Azərbaycanın hüquq sistemini kimlər idarə edir, insanlarımıza kimlər ittiham irəli sürürlər?”
Həbs edilənlərin valideynlərinin ittihamlarını polis qəbul etmir. DİN-in mətbuat xidməti bildirib ki, məhbusların valideynlərinin hər hansı iddiaları varsa, bunu məhkəmədə bildirsinlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi