Xəbərdarlıq: "Qarlı hava şəraiti hələ iki gün davam edəcək"

img

12-12-2013 [14:30]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yollar buz bağlayacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında soyuq, qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA