Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva: “Gənclər indi daha çox vətənpərvərdir”
02-02-2021 [17:16]
Məlum olduğu kimi, bu gün 2 fevral Azərbaycanda Gənclər günüdür.
Bununla bağlı Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva ilə müsahibəni təqdim edirik:
- Nərgiz xanım 2 fevral Azərbaycanda Gənclər günüdür. Bakı Gənclər Mərkəzinin direktoru kimi bu gün ölkəmizin hərtərəfli inkişafında Azərbaycan gəncliyinin rolunu necə qiymətləndirirsiniz?
-Gənclər günü hər bir Azərbaycanlı gənci üçün önəmli bir gündür. Çünki hər il fevral ayının 2-si qeyd olunan Gənclər Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər Gününün təsis olunması Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir. Bu günün gəncləri Heydər Əliyev kursunun davamçılarıdır. Azərbaycan gəncliyi intellektual gənclikdir. Bu gün dünyanın ən mötəbər yerlərindən gənclərin səsini eşidirik. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq müasir Azərbaycan gəncləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu günün gəncliyi vətənpərvər gənclikdir. Gənclərimizin vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi şücaət bunun bariz nümunəsidir. Mən də öz adımdan gəncləri bu gün münasibətilə ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.
-Bakı Gənclər Mərkəzinin fəaliyyəti barədə nə deyə bilərsiniz?
-Bakı Gənclər Mərkəzi Gənclər və İdman Nazirliyinə tabeli qurumdur. 1 ildən az müddətdir fəaliyyət göstərməyimizə baxmayaraq bir sıra böyük layihələrə imza atmışıq. Mərkəzin fəaliyyəti gənclərin şəxsi inkişaf və karyera yüksəlişi, asudə vaxtlarının səmərəli təşkili, mövcud potensiallarının üzə çıxarılması yönümündəqurulmuşdur. Əsas məqsədimiz gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək və ölkəmizdə insan kapitalının inkişafına töhvə verməkdir. Burada inkişaf məktəbləri, təcrübə proqramları, müxtəlif vətənpərvərlik layihələri, təlim və görüşlərin təşkili həyata keçirilir.
-44 günlük Vətən müharibəsində Gənclərimizin rolu danılmazdır. Bu rolda Bakı Gənclər Mərkəzinin payı haqqında nələr deyə bilərsiniz?
-Bakı Gənclər Mərkəzinin 397 nəfər könüllüdən ibarət komandası var. Vətən müharibəsi dövründə onlarla birlikdə bir sıra layihələr həyata keçirmişik.
Könüllülərimizdən ibarət “Arxa cəbhə əsgəri” komandası 44 gün ərzində Azərbaycanın haqlı mövqeyini bütün dünya ictimaiyyətinə çatdırmaq üçün sosial şəbəkələrdə müxtəlif dillərdə paylaşımlar edərək aktivlik nümayiş etdiriblər. Ordumuza dəstəyimizi nümayiş etdirmək və gənclər arasında vətənpərvərlik hissinin təbliği, gənclərimizin hər an səfərbərliyə hazır olduğuna diqqətin artırılması namninə “Qarabağ Azərbaycandır”, “Bitməz-tükənməz Azərbaycan” qısametrajlı filmləri çəkilib. Azərbaycanın Silahlı Qüvvələrinə mənəvi dəstək məqsədilə “Əsgərə məktub” aksiyası həyata keçirilib.
-Gələcək planlarınızdan danışa bilərsiniz?
Hazırda başladığımız layihələri silsilə şəklində davam etdirmək niyyətindəyik. Döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladları barədə maarifləndirici çarxlar hazırlamaq, Vətən müharibəsi iştirakçılarıyla, qazilərlə görüşlərin keçirilməsi, Şəhid ailələrini ziyarət etmək. Vətən müharibəsi iştirakçıları gənclərin məşğulluğu, psixoloqlarımız tərəfindən Şəhid ailələrinə, vətən müharibəsi iştirakçılarına psixoloji dəstək və s. planlaşdırırıq . Bundan başqa bildiyiniz kimi Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2021-ci il “Nizami Gəncəvi” ili elan olunub. Bununla bağlı möhtəşəm layihələrimiz nəzərdə tutulur.

Çinarə SEYİDOVA, Azinforum.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi