Bakıda izdiham - FOTOLAR

img

12-12-2013 [12:51]


Bu gün səhər saatlarından başlayaraq vətəndaşlar kütləvi surətdə Fəxri xiyabana gələrək, Heydər Əliyevin məzarını ziyarət edir. Havanın qarlı və şaxtyalı olmasına baxmayaraq, ziyarətə gələnlərin ardı-arası kəsilmir. Heydər Əliyevin məzarını ziyarətə gələnlər arasında sadə vətəndşalardan tutmuş, ziyalılara. Elm və incəsənət xadimləri də var. Eyni zamanda, dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər.

Ziyarətə gələnlərin təhlükəsizliyini təmin etmək üçün Fəxri xiyabana gələn yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Yollarda polis və hüquq-mühafizə orqanları növbədə durub.

Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il keçir. Bakıda olduğu kimi Azərbaycanın bütün yaşayış bölgələrində bu gün anım mərasimləri təşkil olunub.




















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA