Bəzi rayonlara reyslər təxirə salındı

img

12-12-2013 [12:49]


Bu gün səhər saatlarından Bakıya güclü küləklə müşayiət olunan qar yağması Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında müəyyən problemlərə səbəb olub. Avtovağzalın məlumat bürosundan Fərqanə Babayevanın Modern.az saytına verdiyi məlumata görə, hazırda av

tobusların gediş-gəlişində ciddi məhdudiyyət yoxdur. O deyib ki, bununla belə səhər saat 08:00-da Bakıdan Gəncə şəhərinə iki, Ağsu rayonuna isə bir avtobus reysi təxirə salınıb. Fərqanə Babayeva hava şəraitinin əlverişsiz olması səbəbindən paytaxtdan regionlara gedən sərnişinlərin sayında da ciddi azalma müşahidə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA