Bakıda qar yağdı, hərəkət iflic oldu - FOTOLAR

img

12-12-2013 [12:03]


 Bakıya yağan sulu qar şəhərdə bir sıra problemlər yaradıb. Yağıntı səbəbindən bəzi yollarda tıxac və sıxlıq yaranıb. Xətai rayonu ərazisində, Nəcəfqulu Rəfiyev küçəsində isə 3 avtobus "Azərsu” Səhmdar Cəmiyyətinin qazdığı çuxura düşüb. Avtobuslarda olan sərnişinlər təxliyə edilib. ərazidə kanalizasiya xətti olmadığından yolda sel yaranıb ki, bu da piyadaların suyun içində qalmasına səbəb olub.

 Hazırda Nəcəfqulu Rəfiyev küçəsində texnikanın köməyi ilə yolda qalmış avtobusların hərəkət hissəsindən kənarlaşdırılması işləri görülür. Yolda hərəkət demək olar ki dayanıb(Lent.az).

***

Bu gün səhər saatlarından Bakıya yağan ilk qar Yasamal rayonun yüksək ərazilərində ciddi problemlərin yaranması ilə müşayiət olunub. Modern.az saytının əməkdaşının şahidi olduğu və lentə aldığı kadrlarda da bu öz əksini tapıb. Güclü küləklə müşayiət olunan qar nəticəsində rayonun bir çox ərazilərində avtomobillərin, xüsusilə marşrut avtobuslarının hərəkəti demək olar ki, dayanıb. 77, 211 saylı marşrutlar yolun sürüşkən olması səbəbindən bir neçə saat ərzində hərəkətsiz qalıblar. Bu səbəbdən şəhər mərkəzinə gələn sakinlər ciddi problemlərlə üzləşiblər. 

Eyni vəziyyət Bakının digər yerlərində də müşahidə edilir...









Bu gün səhər saatlarından Bakıya yağan ilk qar Yasamal rayonun yüksək ərazilərində ciddi problemlərin yaranması ilə müşayiət olunub. Modern.az saytının əməkdaşının şahidi olduğu və lentə aldığı kadrlarda da bu öz əksini tapıb. Güclü küləklə müşayiət olunan qar nəticəsində rayonun bir çox ərazilərində avtomobillərin, xüsusilə marşrut avtobuslarının hərəkəti demək olar ki, dayanıb. 77, 211 saylı marşrutlar yolun sürüşkən olması səbəbindən bir neçə saat ərzində hərəkətsiz qalıblar. Bu səbəbdən şəhər mərkəzinə gələn sakinlər ciddi problemlərlə üzləşiblər. div

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA