"Azəriqaz" tanınmış iqtisadçıya əlavə pul "yükləyib": "Kartla yüklədiyimiz halal pulumuz da it-bata salınıb..." - Yeni sayğac qalmaqalı
31-01-2021 [16:41]
"Neçə müddətdir sosial şəbəkələrdə vətəndaşlara sayğac göstəricilərlə manipulyasiya edilməklə qaza görə artıq ödənişlərin yazılması müzakirə olunur. Əlimdə fakt olmadığı üçün indiyədək nəsə yazmırdım. İndi özüm üzləşdiyim faktı yazıram".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, ötən aya qədər işlətdiyi elektron sayğacı dekabrın 18-də dəyişiblər: "Kart sistemi ləğv edildi. Yeni sayğac qoyulanda üzərində 200 kub işlənməmiş qaz vardı. Akt tərtib edildi və sayğacı dəyişən şəxslər növbəti ay ödəniş qəbzində həmin 200 kubun nəzərə alınacağını dedilər.
Bu gün qəbz gəlib, 743 kuba görə mənə 92 manat borc yazılıb. Bir vacib faktı da deyim: dekabrın 18-də sayğac dəyişəndə mən 2200 kubluq güzəşt limitini keçməmişdim və sayğacdakı 200 kubun 100 kubu da güzəşt limitinə aid idi. Yəni real olaraq sayğacda 150 kub qalırdı və həcmlə mən ili başa vuraraq yenidən 10 qəpiklik güzəştli istehlaka qayıdacaqdım.
Qəbzdən görünən odur ki, 92 manatın 44.1 manatı yanvara ayına düşür və 10 qəpiklə tariflə yazır. Əcəba, necə olur ki, mən yanvar ayı ərzində cəmi 440 kub işlədirəm, amma dekabrın son 12 günündə 48 manatlıq. Bəs sayğacda olan 200 kub hara getdi? "Azəriqaz"ın qaynar xətti deyir hələ onu nəzərə ala bilməmişik, əziyyətə qatlaşın gedin Asan Kommunala orda aydınlaşdırın".
İqtisadçının sözlərinə görə, baş verənləri vətəndaşa qarşı böyük fırıldağın tərkib hissəsi sayır:

Rövşən AĞAYEV
"Bir örnək deyim: "Barmek" 2002-də gələndə mənzillər sayğaclaşmadığından otağın ölçüsünə görə özlərinin havadab götürdükləri normativ əsasında pul yazırdı o zamankı dövlət şirkəti. "Barmek" sayğaclaşdırma aparadı və mənə məktub göndərdi ki, sayğac istifadəyə başlayanadək filan qədər borcunuz qalıb, 1 il ərizndə hissə-hissə ödəmək üçün sizə imkan tanıyırıq.
2-3 ay keçmişdi, artıq sayğac real olaraq nə qədər istehlak etdiyimizi təyin edirdi.
Bu dəfə "Barmek"dən bir məktub da gəldi: monitorinq aparılıb, sayğac göstəriciləri nümayiş etdirir ki, sizə real istehlakınızdan artıq normativ təyin edilib və izafi borc yazılıb. Ona görə də əvvəlki dövr üzrə borclarınız silinir.
Təsəvvür edirsiniz, elektron və rəqəmsal imkanların indikilə müqayisədə az qala yox səviyyədə olduğu bir vaxtda faktiki sayğac istehlakını əvvəlki dövrün havadan götürülüb yazılan istehlakı ilə müqayisə edəsən, vətəndaşa haqsız yazılmış borcu siləsən...
O şirkəti buradan fırıldaqçı kimi qovdular. Amma indi kartla yüklədiyimiz halal pulumuzu it-bata salıb özümüzü qapılara salırlar, min cür fırıldaqdan çıxırlar".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi